Türkiyədə güclü zəlzələ baş verib
Ankara, 19 noyabr, AZƏRTAC
Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda Rixter cədvəli üzrə 5.1 bal gücündə yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Ocağı yerin 6.94 kilometr dərinliyində olan zəlzələ noyabrın 19-da yerli vaxtla saat 15:40-da baş verib.
Hələlik, dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Hazırda bölgədə kiçik ölçülü yeraltı təkanlar davam edir.
Qeyd edək ki, Ərzurum baş verən yeraltı təkanın ocağı son günlər Anadoluda fəallaşan seysmik layın üstündə yerləşir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-da B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]