Türkiyədə koronavirusa yoluxanların sayı artmaqdadır
Ankara, 27 mart, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması və gündəlik ölüm halında artım davam etməkdədir.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, martın 27-də Türkiyə üzrə 223 min 214 nəfər testdən keçirilib. Onlardan 30 min 21 nəfərdə virus əlaməti aşkarlanıb, 1281 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 151 nəfər ölüb, 18 min 892 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 3 milyon 179 min 115 nəfər infeksiyaya yoluxub, 30 min 923 nəfər ölüb.
Qeyd edək ki, hazırda Türkiyədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərini yerli hakimiyyət orqanları vilayətlərdəki vəziyyətə uyğun olaraq həyata keçirir. Çindən alınan “Sinovac” vaksini ilə peyvəndlənmə müəyyən edilmiş qrafik üzrə kütləvi şəkildə davam edir. Yay fəslinin əvvəlinə qədər təxminən 60 milyon insanın peyvəndlənməsi planlaşdırılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]