TÜRKİYƏDƏ LEYSAN YAĞIŞLARI ARA VERMİR
Türkiyənin Dövlət Meteorologiya Komitəsi bir neçə gündür ki, ölkə ərazisində və xüsusilə də İstanbulda güclü leysan yağışlarının gözlənildiyi barədə xəbərdarlıq etmişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsi və İstanbul valiliyi də bununla əlqədar müvafiq tədbirlər görsə də, avqustun 17-də səhər başlayan güclü yağış nəticəsində şəhərin bir çox yerlərini su basmışdır. Əlibəyköy, Kiçikköy, İkitelli, Günəşli rayonlarının bəzi yerlərində suyun səviyyəsi bir metrə çatmışdır. Sel suları nəinki evləri və dükanları basmış, hətta avtomobilləri çevirmiş, yol kənarındakı ağacları və elektrik dirəklərini yıxmışdır. İstanbul valiliyinin və bələdiyyəsinin bütün qüvvələri təbii fəlakətlə mübarizə üçün səfərbər olunmuşdur. Hazırda tələfat və ciddi dağıntılar haqqında heç bir məlumat yoxdur. Ancaq leysan yağışlarının şəhər iqtisadiyyatına, vətəndaşların mal və mülklərinə böyük ziyan vurduğu aşkardır. Sakarya vilayətinin ərazisindən keçən Melen çayının daşması ilə bir çox kənddə acınacaqlı vəziyyət yaranmışdır. Həndək rayonunda isə güclü külək nəticəsində bir məscidin minarəsi dağılmışdır. Yalova vilayəti ərazisində baş verən güclü burulğan kənd təsərrüfatına və sənaye obyektlərinə zərər vermişdir. Meteoroloqlar yağışlı havanın hələ bir neçə gün davam edəcəyini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]