Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur
Ankara, 23 aprel, AZƏRTAC
Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ölkə parlamentinin sədri Mustafa Şəntopun rəhbərliyi ilə rəsmi heyət Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.
Anıtqəbr önünə əklil qoyulub, dövlət himni səsləndirilib, parlament sədri xatirə kitabına ürək sözlərini yazıb.
Ziyarətdə hökumət üzvləri, siyasi partiya rəhbərləri iştirak ediblər.
Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronovirusun (COVID-19) yayılmasına qarşı görülən tədbirlərə uyğun olaraq Milli Suverenlik və Uşaq Bayramına dair kütləvi tədbirlər ləğv olunub. Buna baxmayaraq, küçə və meydanlar bayramsayağı bəzədilib. Bu gün Türkiyə xalqı evlərində və ya yaşadıqları mənzillərin eyvanlarına çıxaraq dövlət bayrağını dalğalandıraraq yerli vaxtla saat 21.00-da İstiqlal marşını oxuyacaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]