TÜRKİYƏDƏ SON ON İLİN ƏN GÜCLÜ YAĞIŞI GÖZLƏNİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin bütün şimali- qərb hissəsində əlverişsiz hava şəraiti hökm sürür. Güclü leysan nəticəsində Sakarya və Kocaeli vilayətlərinin ərazisində 400-ə yaxın evi, anbar və minə yaxın mağazanı su basmışdır. İki nəfəri idırım vurmuşdur. Meteoroloqların fikrincə, İstanbulda son on ilin ən güclü yağışı gözlənilir. Bu xəbərdarlıq şəhər rəhbərliyi tərəfindən də ciddi qarşılanmışdır. İstanbulun dərə və çökək məhəllələrində yaşayan vətəndaşların evlərindən köçürülməsi məqsədi ilə avtobus və yük maşınları ayrılmış, onların müvəqqəti yaşayışı üçün yataqxanalarda yerlər hazırlanmışdır. Gözlənilən təbii fəlakətin vuracağı ziyanın miqyasını azaltmaq üçün İstanbul bələdiyyəsi çoxlu nəqliyyat vasitəsini və xüsusi texnikanı da hazır vəziyyətə gətirmişdir. Meteoroloqlar təbii fəlakət təhlükəsinin avqustun 20-dək davam edəcəyini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]