Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədən tarixi qərar: "Sülh çeşməsi" əməliyyatı qüvvələr nisbətini dəyişir

Türkiyədən tarixi qərar: "Sülh çeşməsi" əməliyyatı qüvvələr nisbətini dəyişir

ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalından sürətlə amerikan əsgərlərini çıxarmaq barədə qərarı dünyada geniş əks-səda doğurub. Bu qərara yanaşmalar müxtəlifdir. Ona qarşı çıxanlar da olub, dəstək verənlər də. Hətta D.Trampı qürurlu olmamaqda qınayanlar da tapılıb. Xüsusilə Pentaqonda müəyyən dairələr narazı qalıblar. Onlar hesab edirlər ki, Türkiyəyə müqavimət göstərmək lazım idi. Ancaq bu, məntiqsiz və qeyri-rasional bir qərar olardı. Çünki Türkiyə üçün həyati əhəmiyyəti olan bir məsələdə onun müttəfiqinin dirəniş göstərməsi və qeyri-qanuni hərbi qruplaşmaları dəstəkləməsi anlamsız görünərdi. Bu səbəbdən ekspertlər Amerikanın Ankaranın qarşısında durmayacağı qənaətindədirlər. Eyni zamanda, Türkiyənin ağır bir işi boynuna götürdüyü də danılmazdır. Çünki o, faktiki olaraq, 110 minlik yaxşı silahlanmış bir qruplaşmaya qarşı savaşmalı olacaq. Bunlara zaman-zaman qurulacaq tələləri də əlavə etmək lazımdır. Mümkündür ki, bu əməliyyat uzun sürsün. Lakin Ankaranın başqa çarəsi yoxdur. Bu savaşda qalib gəlməsə, Türkiyə yeni dünya nizamında layiqli yerini tuta bilməyəcək və region xalqları, o cümlədən kürdlər uzun zaman risklər qarşısında qalacaqlar. Bu kimi faktorların fonunda Fərat çayının şərqində PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı həyata keçirilən "Barış pınarı" (Sülh çeşməsi) əməliyyatının geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac görürük.

Qətiyyətli addım: Ankaranın məcburi seçimi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti sözün həqiqi mənasında bütün dünyanı silkələyib. Ankara Suriyadakı terror qruplarını zərərsizləşdirməkdə qərarlı olduğunu bir daha bəyan etdi. Bunun ardınca Suriyanın şimalında hərbi əməliyyatlara başlamağa hazır olduğunu dilə gətirdi. Və oktyabrın 7-də axşam saatlarında Donald Trampla telefon danışığından sonra KİV sensasiyalı bir məlumat yaydı: ABŞ əsgərlərini Suriyadan çıxarır. Bunu təsdiq edən video da paylaşıldı. Anlaşılırdı ki, R.T.Ərdoğan D.Trampa Suriyada hərbi əməliyyatlara başlamaqda qərarlı olduqlarını qəbul etdirə bilmişdi.

Əslində, proses 2 il idi ki, aparılırdı. Ankara həm Amerika, həm də Rusiyaya Suriyada hərbi əməliyyat keçirməyə məcbur olduğunu anlatmağa çalışırdı. Lakin onların heç biri öncə bunu qəbul etmədi. Amerikanlar PKK/YPG-ni silahlandırdı, Rusiya isə Bəşər Əsəd rejimini daha da gücləndirdi. Bu il Dəməşqə bağlı güclər Rusiya və İranın aktiv dəstəyi ilə İdlibə hücum etdilər. Ancaq məlum oldu ki, addım-addım irəliləməklə astarı üzündən baha başa gələn bir qələbə ola bilər ki, bu da şübhə altındadır. Aydın görünürdü ki, Türkiyəsiz məsələni həll etmək imkanı yoxdur.

Bu məqam Ərdoğan-Putin görüşlərində daha aydın özünü göstərdi. Türkiyə Prezidenti açıq və qəti şəkildə bəyan etdi ki, Suriyanın şimalında hərbi əməliyyat keçirməyə məcburdur. Bu, özünün təhlükəsizliyini və həmin regionda yaşayan xalqların - ərəblərin, kürdlərin, türkmənlərin normal yaşayışını təmin etmək üçün lazımdır. Vurğulayaq ki, Türkiyənin bu qayğılarını ən çox və dərindən anlayan dövlət Rusiya oldu. Rusiya Prezidenti Türkiyənin təbii haqqını tələb etdiyini, lakin Suriyanın ərazi bütövlüyünün də pozulmamasının vacib şərt olduğunu vurğuladı. Təbii ki, bu, Ankaranın tam qəbul etdiyi bir şərtdir, çünki Suriyanın ərazi bütövlüyündə ən çox maraqlı olan Türkiyədir.

İranın reaksiyası maraqlı idi. Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bəyanatına baxsaq, Tehran türk ordusunun bu addımına qarşıdır. Lakin İran onu da qəbul edir ki, Türkiyə terrora qarşı mübarizə aparmaq hüququna malikdir. Görünür, Tehran illərdir yeritdiyi Suriya siyasətinə kölgə düşməməsi üçün sözdə Ankaranın atdığı addıma qarşı çıxmış kimi görünür. Ancaq real olaraq heç bir maneə törədə bilmir.

Bunların fonunda D.Trampın qərarı, ittihamlara baxmayaraq, strateji nöqteyi-nəzərdən doğru görünür. Çünki Amerika "Sülh çeşməsi" hərəkatına qarşı olsaydı, geosiyasi mövqeyini uduzmuş olacaqdı. Birincisi, Türkiyə kimi güclü bir müttəfiqi itirərdi ki, bu da Yaxın Şərqdə geosiyasi potensialı ciddi surətdə zəiflətmiş olardı. İkincisi, Yaxın Şərqdə terror qruplarını və separatizmi dəstəkləyən dövlət kimi tanınardı. Üçüncüsü, özünü uzun sürən bir savaşın içinə atmış olardı. Bu məqamlar təbii ki, ABŞ-ın strateji maraqlarına uyğun deyil. Bir sıra Amerika rəsmilərinin D.Trampın qərarını faciə adlandırması isə məsələyə emosional yanaşmaqdan və Türkiyəni ciddiyə almaq istəməməkdən qaynaqlanır.

Görünür, D.Trampın yaranmış vəziyyətlə bağlı yaydığı informasiyalardakı ziddiyyətlər və aşırı emosionallıq da bu məqamlarla bağlıdır. Amerikalılar türk əsgərinin qarşısından çəkilmələrini sinirə bilmirlər. Lakin, əslində, D.Tramp onları başlarına keçə biləcək çuvaldan xilas edib. Bu baxımdan ABŞ KİV-lərinin baş verənləri duyğusal təqdim etməyə çalışmaları da təəssüf doğurur. Bəzən onlar çox sadə məntiqsizliyə yol verirlər. Məsələn, guya Pentaqon rəsmilərindən biri deyib ki, əgər türk ordusu Suriyanın şimalına girsə və SDG (Suriya Demokratik Gücləri) əlindəki minlərlə İŞİD döyüşçüsü üzərində nəzarəti itirsə, vəziyyət daha da pisləşəcək. Yəni türk ordusu bir neçə min İŞİD-çiyə nəzarət edə bilməyəcək? Əgər SDG o qədər güclüdürsə, heç türk ordusuna məğlub olmaz, yox məğlub olarsa, hansı İŞİD-çi mehmetçiyin əlindən qaça bilər?

Geosiyasi şərtlər: sabitlik və təhlükəsizlik naminə

Təbii ki, bunlar primitiv bəhanələrdir və reallığı gizlətmək üçündür. Məsələ belədir ki, əgər hərbi əməliyyatlar başlasa və türk ordusu uğur qazansa, amerikalıların illərdir terrorçulara etdikləri yardımlar bütün dünyaya məlum olacaq. Vaşinqtonun Yaxın Şərq siyasətinin arxasında dayanan əsas məqsədlər üzə çıxacaq. Terrorçuların verəcəkləri ifadələr çox şeyə aydınlıq gətirəcək.

Türkiyə rəhbərliyinin qərarına geosiyasi kontekstdə yanaşdıqda isə olduqca əhəmiyyətli bir addımın atıldığının şahidi oluruq. Türkiyə, bir çox ekspertlərin ifadə etdikləri kimi, faktiki olaraq, mövcud geosiyasi dinamikaya müdaxilə edir. Dünyanın müxtəlif regionlarından gəlib Suriyada geosiyasi dividend əldə edən ölkələr Ankaranı heçə saymağa çalışırdılar. Türkiyə bu əsassız münasibəti darmadağın etmiş olur.

Türk dövləti sübut edir ki, Yaxın Şərqdə terror heç zaman ayaq tutub yeriməz. Burada yerləşən dövlətlər özlərini qorumağa qadirdirlər. Baxın, bu funksiyanı Türkiyədən başqa yerinə yetirmək iqtidarında olan başqa region dövləti varmı? Onların hamısının adları beynəlxalq hüquqa uyğun gəlməyən müxtəlif işlərə qarışıb. Yalnız Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ, insan haqlarını və region xalqlarının maraqlarını gözləməklə səbirlə addımlar atıb. Bəzən Ankaranı daxildən və xaricdən ləngliyinə görə qınayıblar. Lakin Türkiyə dərin siyasi ənənəsinə, dövlətçilik fəlsəfəsinə uyğun davranıb və davranmaqdadır.

Bu baxımdan müxalif siyasi qüvvələrin sırasında R.T.Ərdoğanı dəstəkləyənlərin olması müsbət hadisədir. Məsələn, Meral Akşenər Amerikanın davranışına cavab olaraq türk ordusunun Suriyanın şimalına daxil olmasını zəruri sayıb. Bütövlükdə cəmiyyət ordunu dəstəkləyir. CHP düşərgəsindən də D.Trampın hədələrinə etiraz səsləndirilib və müstəqil Türkiyənin suveren olaraq qərarlar verən dövlət olduğunu bəyan ediblər. Bu da "Sülh çeşməsi" hərəkatına dəstək anlamına gəlir. Maraqlıdır ki, Kamal Kılıçdaroğlu da Suriya və İraqa hərəkatla bağlı təqdim edilən sənədə "içimiz yana-yana bəli deyəcəyik" kimi qiymət verib. Tanınmış adamlar bir-birinin ardınca dəstək ismarıclarını göndərirlər.

Bunlarla yanaşı, Türkiyə region üçün ciddi təhlükə ola biləcək terror fəlsəfəsi üzərində qondarılan bir kvazidövlətin qarşısını kəsmiş olur. Statistik məlumatlara görə, SDG-nin 110 minə yaxın silahlı adamları vardır. Onlar müasir silahlarla və kəşfiyyat texnikası ilə təmin ediliblər. D.Tramp məsuliyyətin Türkiyə, Rusiya, İran, kürdlər (onun sözüdür) və İraqın üzərinə düşdüyünü də deyib.

Oktyabrın 8-nə keçən gecə türk qırıcılarının terrorçuların obyektlərini vurmasını ekspertlər "hərəkatın ön səhifəsi" adlandırıblar. KİV terrorçuların artıq bir sıra yerlərdən çəkildiyi haqqında məlumatlar yayır. Yerli əhali arasında da hərbi əməliyyatların keçiriləcəyi yerlərdən çıxanların olduğu haqqında informasiyalar vardır. Reallıqda nələrin baş verdiyi isə dəqiq məlum deyil. Hər bir halda yuxarıda vurğulanan proseslər Suriyanın şimalına hərbi müdaxilənin yaxın günlərdə geniş vüsət ala biləcəyini təxmin etməyə imkan verir.

Maraqlıdır ki, bütün baş verənlərə Dəməşqin reaksiyası yox dərəcəsindədir. Bunu Türkiyə ilə Suriya arasında razılaşmanın olması ilə əlaqələndirənlər vardır. Yəni türklər Suriya üçün təhlükə törədən silahlı radikal qrupları məhv edir, çünki ABŞ Suriyanın özünün bunu etməsinə qətiyyən razı deyil. Dəməşq, Adana müqaviləsinə görə, hüquqi olaraq bunu edə bilər. Sonrakı mərhələdə tərəflər danışıqlar yolu ilə həmin ərazi ilə bağlı məsələni həll edirlər. Lakin bölgəni tərk etmiş milyonlarla suriyalı öz yurduna qayıtmalıdır. Bütün bunlar Suriyanın unitar dövlət quruluşunun saxlanması şərti ilə həyata keçirilir. Bununla hər iki tərəf üçün uyğun bir nəticə alınır.

Beləliklə, Türkiyə tarixi bir addım atmağa hazırlaşır. Bu addım bütövlükdə Yaxın Şərqin geosiyasi taleyini həll edə bilər. Yaxın Şərqdə türk faktorunu arxa plana atmağa çalışanların arzuları puç olmuş olur. Ədalət öz yerini tapmalıdır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq