Türkiyəli professor: Zəngəzur dəhlizi bölgəmiz üçün yeni perspektivlər yaradır
Bakı, 5 noyabr, AZƏRTAC
Zəngəzur dəhlizinin açılması region, xüsusilə də türkdilli dövlətlər üçün əhəmiyyətlidir. Bu, ölkələrimiz və bölgəmiz üçün yeni perspektivlər yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında MEF Universitetinin Təhsil fakültəsinin dekanı Mustafa Özcan söyləyib.
O, Zəngəzur dəhlizinin açılmasının çox önəmli olduğunu xatırladaraq deyib: "Zəngəzur dəhlizi demək olar hər gün televiziyada, qəzetlərdə, gündəlik həyatımızda müzakirə etdiyimiz mövzulardan biridir. Bu, çox vacib və həyati bir məsələdir. Çünki bu dəhliz açılarsa, biz avtomobilimizə minib Türkiyədən Naxçıvana, oradan isə Azərbaycana gələ biləcəyik".
M. Özcan düşünür ki, bu dəhliz həm region ölkələri, həm Azərbaycan, həm də Türkiyə üçün çox faydalı olacaq. “Bu dəhliz bölgəyə sülh gətirəcək, iqtisadiyyatı canlandıracaq, insanlar bir-birini daha yaxşı tanıyacaq, düşmənçilik aradan qalxacaq. Bundan daha gözəl bir şey ola bilərmi? Bu dəhliz mütləq ən qısa zamanda açılmalıdır", - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]