Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin Mədəniyyət müşavirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində paytaxtımızı ziyarət edən turistlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlar qədim və zəngin Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə tanış olaraq, klassik və müasir şair və ədiblərin həyat və yaradıcılığı haqqında məlumat əldə ediblər.
Qonaqlar Türk dünyasının ana kitabı sayılan və ilk “Oğuznamə”lərdən olan “Kitabi-Dədə Qorqud” dastanına, ortaq türk mədəniyyətini təmsil edən “Divani-luğatit-Türk”, “Kutadqu-Bilik” kimi ədəbi abidələrə həsr olunmuş ekspozisiya guşələrinə xüsusi diqqətlə tamaşa ediblər.
Ədəbiyyat Muzeyinin zəngin ekspozisiya zallarında Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olan ziyarətçilər sonda muzeyin “Rəy kitabı”nda öz təəssüratlarını bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]