Türkiyənin 81 vilayətində koronavirusa qarşı genişmiqyaslı yoxlamalar aparılır
İstanbul, 19 avqust, AZƏRTAC
Koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyənin 81 vilayətində genişmiqyaslı yoxlamalar aparılır.
AZƏRTAC xəbər verir ki, son günlər ölkə ərazisində virusun yayılma və bu səbəbdən ölüm hallarında artım müşahidə edilir. Bu səbəbdən Türkiyənin Daxili İşlər Nazirliyinin göstərişi əsasında ölkə ərazisində olan bütün ictimai-iaşə obyektləri yoxlanılır. Bu, cari ilin may ayının 15-dən bu günədək aparılan 7-ci genişmiqyaslı yoxlamadır.
“Sağlamlıq üçün hamımız üçün” şüarı altında keçirilən yoxlamalarda bələdiyyə, hüquq-mühafizə, polis əməkdaşları da olmaqla ölkənin bütün aidiyyəti qurumları iştirak edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]