TÜRKİYƏNİN BİR SIRA VİLAYƏTLƏRİNDƏ ZƏLZƏLƏLƏR OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 19-da Türkiyənin bir sıra vilayətlərində zəlzələlər baş vermişdir. İstanbulun Kandilli seysmoloji mərkəzin məlumatına görə, yerli vaxtla saat 01.32-də Diyarbəkir, 02.37-də Çorum, 08.55-də Muğla, 09.31-də və 12.01-də Kütahya vilayətləri ərazilərində Rixter cədvəli üzrə 3,0, 3,0, 3,4, 3,1 gücündə zəlzələlər qeydə alınmışdır. Ən güclü yeraltı təkan isə, 3,8 bal, saat 11.08 radələrində Ege dənizində olmuşdur. Tələfat və dağıntı barədə məlumat yoxdur.
İstanbulda isə səhər saatlarında başlayan aramsız yağış gərginlik yaratmışdır. Şəhərin Avcılar və Əsənyurd rayonlarında təqribən 150 yaşayış evini və dükanları su basmışdır.