Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti müzakirə olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Qarabağda həyata keçirilən layihələrdə qardaş Türkiyənin iştirakı, bərpa-quruculuq işlərində türk şirkətlərinin fəallığı bizi sevindirir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Müstakil Sanayici ve İşadamları Derneği - MÜSİAD”ın İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumunun (International Business Forum - IBF) prezidenti Erol Yarar, “MÜSİAD Azerbaycan” İdarə Heyətinin sədri Abdurrahman Uzunla görüşümüzdə dost ölkə ilə sıx əməkdaşlığımızı məmnunluqla vurğuladıq, qardaş Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətini müzakirə etdik”, - deyə nazir diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]