Türkiyənin Eskişehir şəhərində Çexiya tramvayları olacaq
Praqa, 9 mart, AZƏRTAC
“Škoda Transportation” şirkəti tərəfindən Türkiyənin Eskişehir şəhərinə göndəriləcək 14 ədəd “ForCity Classic” tramvayından birincisi yola bu günlərdə salınıb. AZƏRTAC xəbər verir ki, bu müasir tramvaylar akkumulyatorla işləyən alçaq döşəməli şəhər sərnişin nəqliyyat vasitəsidir. 2016-cı ilin sentyabr ayında bağlanmış kontraktın dəyəri təqribən 700 milyon krona bərabərdir (28 milyon avroya yaxın).
“Škoda Transportation” şirkətinin idarə heyətinin rəhbəri Tomaş İqnaçak bildirib ki, Çexiya firması relsli şəhər nəqliyyat vasitəsinin satışı üzrə yerli istehsalçı “Bozankaya A.S.” şirkətinin də iştirak etdiyi açıq müsabiqədə qalib gələrək belə bir sifariş alıb. Yeni ixrac sifarişi “Škoda Transportation” üçün türkiyəli müştərilərlə uğurlu əməkdaşlığın davamıdır. 2015-ci ildən Konya şəhərində sərnişinlər yalnız Plzen şəhərində istehsal olunan “ForCity Classic” tramvaylarından istifadə edirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]