Türkiyənin hərbi təyyarələri İstanbul boğazı üzərində uçuşlar keçirib
İstanbul, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Türkiyə Hərbi Hava Qüvvələrinə aid təyyarələr İstanbul boğazı üzərində məşq uçuşları keçirib.
AZƏRTAC xəbər verir ki, hərbi təyyarələrin uçuşu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçiriləcək bayram tədbirlərinə hazırlıq məqsədi daşıyıb.
Nümayişdə “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələr, eləcə də F-16 və F-4E qırıcıları iştirak edib.