Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib
İstanbul, 16 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin yeni sədri məlum olub. Bu vəzifəyə Manisanın Akhisar rayonu bələdiyyəsinin başçısı Besim Dutlulu seçilib.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən növbədənkənar səsvermə nəticəsində ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Besim Dutlulu bu vəzifəyə təyin edilib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bu vəzifəyə namizəd çıxarmamaq qərarı və Cumhur İttifaqının dəstəyi ilə səsvermə ilk mərhələdə yekunlaşıb.
Xatırladaq ki, bir neçə gün əvvəl elektrik cərəyanı vurması səbəbindən xəstəxanaya yerləşdirilən Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrek bütün müdaxilələrə baxmayaraq, xəstəxanada vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]