TÜRKİYƏNİN NƏQLİYYAT ŞİRKƏTİ İRAQDA FƏALİYYƏTİNİ DAYANDIRIR
AZƏRTAC-ın Anadolu Agentliyindən aldığı xəbərə görə, Türkiyənin nəqliyyat şirkəti ABŞ-ın İraqdakı ordusuna yük daşınmasını dayandırır. Bu qərar iyulun 30-da İraqda girov götürülən iki türk sürücüsündən birinin edamı göstərilən foto və videomateriallar islamçıların İnternet səhifələrindən birində yerləşdirildikdən sonra qəbul edilmişdir. Agentliyin məlumatına görə, onu Əbu Müsab əz-Zərqavinin “Ət-Tövhid vəl-Cihad” qruplaşmasının yaraqlıları öldürmüşlər.
Türkiyənin Beynəlxalq Yükdaşımalar Assosiasiyasının başçısı Cahid Soysal demişdir: “Girovlardan birinin işlədiyi şirkətin hər hansı fəaliyyəti avqustun 2-dən dayandırılır. Ümidvarıq ki, sürücülərimiz yaxın vaxtlarda azadlığa buraxılacaqlar”. Onun sözlərinə görə, 300-dək türkiyəli sürücü ABŞ-ın İraqdakı ordusunu təmin etmək üçün hər gün oraya yük daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]