Türkiyənin şərqindəki xrom mədənində torpaq uçqunu baş verib
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün səhər saatlarında Türkiyənin şərqindəki Elazığ vilayətində özəl xrom mədənində torpaq uçqunu baş verib.
AZƏRTAC xəbər verir ki, xilasedicilər mədənin üç işçisini dağıntılar altından çıxarıblar. Daha bir işçi yerin altında qalıb.
“Fevralın 26-da saat 10:04-də Palu rayonunda özəl xrom mədənində çökmə baş verib. Dörd işçi dağıntılar altında qalıb. Üç nəfər xilas edilib, daha bir işçinin xilas olunması istiqamətində işlər davam edir”, - deyə vilayət rəsmiləri bildirib. Prokurorluq hadisə ilə bağlı inzibati və cinayət işi başlayıb.
AFAD xilasediciləri və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Dağıntının səbəbləri barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, fevralın 13-də Türkiyənin Ərzincan vilayətindəki qızıl mədənində təxminən 10 milyon ton torpağın çökməsi nəticəsində doqquz şaxtaçı yerin altında qalıb. Onların axtarışları heç bir nəticə verməyib. Hadisə ilə bağlı cinayət işi açılıb və işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı da daxil, 6 nəfər həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]