Türkiyənin TB3 silahlı PUA-sı ilk uçuşunu edib
İstanbul, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Türkiyənin “Baykar” şirkətinin “Bayraktar TB3” markalı ən yeni silahlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabında etdiyi paylaşımda bildirib. O, paylaşımında qeyd edib ki, hərb tarixinin dönüş nöqtəsi olan Türkiyə istehsalı son model hərbi texnika, o cümlədən ilk hərbi amfibiya gəmisi “TCG Anadolu”, silahlı və silahsız uçuş aparatları, ilk hərbi təyyarə “Qızılalma”, eləcə də “Bayraktar TB3”ün bu uçuşu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə bir hədiyyədir.
Qeyd edək ki, qatlana bilən qanad konstruksiyasına malik TB3 PUA-sı dünyada “TCG Anadolu” hərbi amfibiya gəmisi kimi qısa uçuş-enmə zolağına malik dəniz vasitələrində qalxıb-enmə qabiliyyətinə malik ilk silahlı pilotsuz uçuş aparatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]