Ankara, 4 mart, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 5-də Azərbaycana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Səfər çərçivəsində nazirin bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara