Türkmənistan Çin, Özbəkistan, Rusiya və Azərbaycana təbii qazının ixracını davam etdirəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Türkmənistan svop müqaviləsinə əsasən, İran vasitəsilə Azərbaycana ildə 3 milyard kubmetr qaz tədarük edir ki, bunun həcmi artırıla bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Türkmənqaz” konserninin rəhbəri Murat Arçayev Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı-2023” beynəlxalq konfrans və sərgisində mətbuat nümayəndələrinə deyib. O bildirib ki, cari ilin sonuna kimi ölkədəki təbii qaz yataqlarından 80 milyard kubmetr qaz hasil olunacaq ki, bunun da 73 milyard kubmetri “Türkmənqaz” konserninin payına düşüb.
Konsern rəhbəri nəzərə çatdırıb ki, Türkmənistan əsasən Çin, Özbəkistan, Rusiya və Azərbaycana təbii qazının ixracını davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]