Türkmənistan mediası Qoşulmama Hərəkatının Zirvə görüşünü geniş işıqlandırıb
Aşqabad, 26 oktyabr, AZƏRTAC
Türkmənistan mətbuatı Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Arzuw News”, “Turkmenistan zolotoy vek”, “Turkmenistan seqodnya” internet saytları və “Altın asır”, “Miras” televiziya kanalları Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakı və çıxışına dair ətraflı məlumat yayıblar.
Xəbərlərdə Türkmənistan liderinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən, bu ölkənin Xəzərin ekologiyasının birgə qorunmasına dair təşəbbüs irəli sürməsindən, Qoşulmama Hərəkatına üzv dövlətlərin liderlərini Türkmənistanın bitərəfliyinin 25 illik yubileyinə dəvət etməsindən bəhs olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad