Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Aşqabad, 29 may, AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Aşqabad şəhərinin ən böyük tədbir salonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.

Qəbulda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov, ictimai xadimlər, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və burada yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində yaranmış ilk demokratik, dünyəvi respublika olduğunu, mürəkkəb geosiyasi şəraitdə yarandığını, buna baxmayaraq, dünya ictimaiyyəti tərəfindən tanındığını və beynəlxalq hüququn subyektinə çevrildiyini diqqətə çatdırıb.

Qısa müddətdə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində böyük islahatların və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin Cümhuriyyətin əsas nailiyyətləri olduğunu bildirən səfir bu islahatlar içərisində ən vacibi kimi etnik, dini, cinsi və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verildiyini qeyd bildirib. Dövlət aparatının təşkil olunduğunu, sərhədlərin müəyyənləşdirildiyini, dövlət atributlarının təsdiq edildiyini, eləcə də dövlət quruculuğu sahəsində digər ciddi addımların atıldığını diqqətə çatdıran Həsən Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının demokratik prinsiplər əsasında özünün milli dövlətini qura bilmək bacarığını ortaya qoyduğunu bildirib.

Müasir Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisi olduğunu bəyan etməsi, eləcə də onun atributlarını özünün dövlət rəmzləri kimi qəbul etməsi, xalqımızın qədim dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirdiyini bildirən səfir müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin yarandığını, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük nailiyyətlər qazanıldığını, bazar iqtisadiyyatının formalaşdığını, Azərbaycanın dünya birliyinə inteqrasiya olunduğunu vurğulayıb.

Bu gün Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyini qeyd edən səfir iqtisadiyyatın və ictimai-siyasi həyatın bütün sahələrində beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən irihəcmli layihələrin həyata keçirildiyini söyləyib. Buna misal olaraq, Azərbaycanın təşəbbüskarı olduğu və reallaşmasında aktiv iştirakçı olduğu Cənub Qaz Dəhlizinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri xüsusi qeyd olunub.

Azərbaycanın çoxsaylı nailiyyətləri ilə yanaşı, Dağlıq Qarabağ regionu və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı həll olunmamış probleminin olduğunu da bildirən səfir dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını və işğal olunmuş ərazilərin təcili azad edilməsini tələb etdiyini bildirib.

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərə toxunan səfir bu gün prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov tərəfindən ölkələrimiz arasındakı əlaqələrin əsas istiqamətlərinin müəyyən edildiyini, Türkmənistanla əlaqələrin hərtərəfli inkişafının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Azərbaycanın və Türkmənistanın regionda iri iqtisadi layihələrin təşəbbüskarı olduğunu qeyd edən səfir ölkələrimizin böyük İpək yolunun bərpasında və gələcək inkişafında aktiv iştirak etdiklərini diqqətə çatdırıb. Müasir nəqliyyat infrastrukturunun yaradılmasının, o cümlədən bir qədər əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun və Azərbaycanda və Türkmənistanda beynəlxalq dəniz limanlarının açılışının bu istiqamətdə əməkdaşlığın inkişafına güclü təkan olacağı vurğulanıb.

Türkmənistan Prezidentinin keçən ilin avqust ayında Azərbaycana səfəri zamanı aparılan müzakirələrin və imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd edən səfir bu əlaqələrin gələcək inkişafına inamını ifadə edərək, qəbulda iştiraka görə qonaqlara təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov Türkmənistanın Prezidenti, hökuməti və xalqı adından Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika Günü münasibətilə qardaş Azərbaycan xalqını təbrik edib, xalqımıza sülh, inkişaf və uğurlar arzulayıb.

Türkmənistan hökumətinin, eləcə də şəxsən Prezident Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verdiyini deyən Muradgəldi Meredov hazırda iki ölkə arasında siyasi, iqtisadi, energetika və sərmayə qoyuluşu sahələrində əlaqələrin üstünlük təşkil etdiyini, əlaqələrimizin dostluq və qardaşlıq, qarşılıqlı hörmət, eləcə də xalqlarımızın ənənələrinə layiq səviyyədə qurulduğunu diqqətə çatdırıb.

Mövcud siyasi əlaqələrin, eləcə də yüksək səviyyədə keçirilən müzakirələrin Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəm təmələ söykəndiyinin göstəricisi olduğunu qeyd edən qonaq buna keçən ilin avqust ayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin bariz misal olduğunu bildirib. Türkmənistan tərəfinin bu səfərə dövlətlərarası əlaqələrin tarixində mühüm hadisə, ikitərəfli əlaqələrin genişlənməsi yolunda böyük addım hesab etdiyini diqqətə çatdıran M.Meredov səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış strateji əməkdaşlıq haqqında Bəyannamənin əlaqələrimizin səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Yanacaq-energetika potensiallarının və coğrafi mövqelərinin iki ölkə arasında həm energetika, həm də nəqliyyat sahəsində yaxın əməkdaşlıq etmələri üçün böyük imkanlar açdığını bildirən qonaq enerji ehtiyatlarının istismarında, dünya bazarlarına etibarlı və təhlükəsiz çatdırılmasında, nəqliyyat dəhlizlərinin şaxələndirilməsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Ölkələrimizin Avropanı və Asiyanı birləşdirən vacib həlqələr olduğu ifadə edilib və bir neçə gün əvvəl açılışı olmuş Türkmənbaşı beynəlxalq dəniz limanının iki ölkə arasında nəqliyyatın inkişafına böyük töhfə verəcəyi vurğulanıb.

Ölkələrimiz arasındakı əlaqələrin xalqlarımızın çoxəsrlik dostluq, qardaşlıq münasibətlərinə və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykəndiyini bildirən M.Meredov Türkmənistanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, azərbaycanlı tərəfdaşları türkmən iqtisadiyyatının inkişafında iştirak etməyə dəvət etdiklərini, eləcə də əməkdaşlığı davam etdirmək və genişləndirmək məqsədində olduqlarını diqqətə çatdırıb.

Sonda bir daha Türkmənistan hökumətinin, xalqının adından və öz adından dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı 100 illik yubileyi münasibətilə təbrik edən qonaq Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik və inkişaf arzu edib.

Çıxışlardan sonra ziyafət verilib. Ziyafətdə Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış ediblər. Tədbir zamanı Üzeyir Hacıbəylinin və Qara Qarayevin əsərlərindən nümunələr səsləndirilib, incəsənət xadimlərinin çıxışları böyük maraqla qarşılanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib