Tvinninq layihəsinin idarəedici komitəsinin iclası olub
Bakı, 16 dekabr, AZƏRTAC
“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsinin idarəedici komitəsinin onlayn formatda 2-ci iclası keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Gömrük Komitəsi Katibliyinin rəisi və layihənin rəhbəri Anar Süleymanov, İtaliya tərəfindən isə layihə rəhbəri Giovanni Piccirillo açılış nitqi ilə çıxış ediblər. Daha sonra rezident tvinninq məsləhətçisi, İtaliya Gömrük və İnhisar Agentliyinin nümayəndəsi Antonio Lo Parco layihənin 2-ci rübünü əhatə edən 2020-ci ilin sentyabr-dekabr ayları ərzində həyata keçirilmiş fəaliyyətlər üzrə təqdimatla çıxış edib.
Görüşdə layihənin icrası üzrə 2-ci rüblük hesabatlar, üçüncü rübdə həyata keçiriləcək tədbirlərlə əlaqədar iş planı müzakirə edilib və təsdiq olunub. İclasda, həmçinin hər iki ölkədən olan layihə icra qrupunun üzvləri, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:21]
“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib
- 02.10.2026 [15:49]
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- 02.10.2026 [15:42]
Azərbaycanda pul bazası artıb
- 02.10.2026 [15:11]