UAGI Ukraynanın xalq deputatı V.Aryevi pisləyir
Kiyev, 28 iyun, AZƏRTAC
Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı AŞPA-nın vitse-prezidenti, Ukraynanın xalq deputatı Vladimir Aryevin Azərbaycanda hakimiyyəti devirməyə çağıran biabırçı və yolverilməz bəyanatı ilə əlaqədar Ukrayna Prezidenti Pyotr Poroşenkoya məktub göndərib. Bu barədə UAGİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər.
Ukrayna dövlətinin başçısına ünvanlanmış və UAGİ-nin sədri İlhamə Allahverdiyeva tərəfindən imzalanmış məktubda Ukraynada yaşayan Azərbaycan gənclərini və bu ölkədə təhsil alan azərbaycanlı tələbələri birləşdirən, Ukraynanın 20 regionunda nümayəndəliyi olan bu təşkilatın mövqeyi bildirilir.
Məktubda deyilir: "Siyasətçilərin xidmət göstərməli olduqları dövlətə böyük ziyan vurması son dərəcə məyusedici bir haldır. Ukrayna siyasətçilərinin diqqəti Ukraynanın problemlərinin həllinə yönəltməsini və ölkənin beynəlxalq tərəfdaşlıq münasibətlərinə, indiki halda illərlə böyük səylər hesabına qurulmuş Azərbaycan ilə münasibətlərə ziyan vurmamasını arzulamaq istərdik”.
Məktubun müəllifləri Ukrayna Prezidentinə müraciət edərək Ukraynanın xalq deputatı, AŞPA-nın vitse-prezidenti Vladimir Aryevin ölkənin nüfuzuna ziyan vuran sözlərinə reaksiya verməyi və bu məsələni fraksiyanın növbədənkənar iclasında müzakirəyə çıxarmağı xahiş ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]