Ucarda karantin rejimi şəraitində tədbirlər davam etdirilir
Ucar, 16 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən Ucar rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha ahıl sakinlərə və aztəminatlı ailələrə yardımlar göstərilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 16-da Ucarın Oğuz küçəsində 3, 29-cu məhəllədə 1 ictimai yaşayış binası, Azərbaycan küçəsində 3 döngədə evlərin ön giriş hissələri və həyətləri, 8 bankomat gigiyena və epidemiologiya mərkəzinin işçiləri tərəfindən dezinfeksiya edilib, Heydər Əliyev prospekti və Həzi Aslanov küçəsi xüsusi məhlulla yuyulub.
Rayonun kəndlərində 39 qeyri-yaşayış binası, 69 ticarət və xidmət obyektində də dezinfeksiya işləri aparılıb.
Sosial təcrid şəraitində yardımlar da davam etdirilib. Təkcə bu gün rayonda fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən 10 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.