Üç ayda Balakəndə ümumi məhsul istehsalı 26,1 faiz artıb
Balakən, 1 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin birinci rübündə Balakən rayonunda 61 milyon 203 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 366,6 min manat və ya 26,1 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-mart aylarında rayonda 21 milyon 374,3 min manatlıq sənaye, 11 milyon 834,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı 69,9 faiz artıb. Tikinti işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə artaraq 2 milyon 404,2 min manat təşkil edib. Üç ayda nəqliyyat və anbar təsərrüfatı üzrə xidmətlərin həcmi 13,6 faiz, informasiya və rabitə xidmətlərinin həcmi isə 14,5 faiz artıb. Hesabat dövründə əhaliyə 24 milyon 159,2 min manatlıq ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]