UCQAR REGİONLARIN İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AZƏRTAC-a bildirmişlər ki, iyunun 20-də Naxçıvan Muxtar Respublikasında ucqar regionların informasiya-kommunikasiya texnologiyaları problemlərinə həsr olunmuş “Elektron Naxçıvan” IV elmi-praktik konfransı başa çatmışdır.
Naxçıvan Dövlət Universiteti, NATO, eləcə də Mərkəzi və Şərqi Avropa Şəbəkə Assosiasiyasının (CEENet) təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində məktəblərdə və ali tədris müəssisələrində şəbəkələrin inkişafı, təhlükəsizliyi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Konfransın yekun sessiyasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan regionlarında şəbəkə infrastrukturunun inkişafının prioritet istiqamətlərinə dair məruzə ilə çıxış etmişdir.
Tədbirdə görülən işlərin nəticələri müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Müzakirələrə videokonfrans rabitəsi vasitəsilə AMEA və Türkiyə universitetlərinin nümayəndələri də qatılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]