UEFA “Avro-2020”nin mükafat fondunu açıqlayıb
Bakı, 26 fevral, AZƏRTAC
Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı konqresində məlumat verib.
Bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq. Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro əldə edəcək.
Fransada keçirilmiş “Avro-2016”nın mükafat fondu 301 milyon avro olub. Növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.
Qeyd edək ki, “Avro-2020” qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münxen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
Bakıda “A” qrupunun üç oyunu ilə yanaşı, dörddəbir final matçlarından biri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]