UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu - altıncı turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, tur çərçivəsində ən gözlənilməz hesabı Yunanıstanda qeydə alınıb. “Olimpiakos” doğma meydanda İtaliyanın “Milan” klubunu 3:1 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra Milan təmsilçisi avrokuboklarda mübarizəni dayandırıb. F qrupunun digər oyununda İspaniyanın “Real Betis” klubu səfərdə Lüksemburq təmsilçisi “F91 Dudelanj” ilə heç-heçə edib - 0:0.
Qrup mərhələsini 12 xalla başa vuran “Real Betis” növbəti mərhələyə yüksəlib. Hər birinin aktivində 10 xalı olan “Olimpiakos” və “Milan” ikinci və üçüncü yerləri bölüşürlər. UEFA-nın reqlamentinə əsasən, şəxsi oyunların nəticəsinə görə Yunanıstan təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb. “F91 Dudelanj” isə 1 xalla sonuncu pillədə yer alıb.
A qrupunda “Bayer Leverkuzen” səfərdə “AEK Larnaka”nı darmadağın (1:5) edərək 13 xalla qrup lideri kimi pley-offa yüksəlib. “Ludoqorets” ilə səfər görüşündə 1:1 hesablı heç-heçə edən “Sürix” də 10 xalla qrup ikincisi kimi qrupdan çıxmağı bacarıb. “AEK Lanaka” 5, “Ludoqorets” isə 4 xalla qrupda qalıblar.
B qrupu
“Leyptsiq” - “Rusenborq” - 1:1
“Seltik” - “Zaltsburq” - 1:2
Qrupdakı vəziyyət: “Zaltsburq” - 18 xal, “Seltik” - 9 xal, “Leyptsiq” - 7, ”Rusenborq” - 1 xal.
C qrupu
“Kopenhagen” - “Bordo” - 0:1
“Slavia Praqa” - “Zenit” - 2:0
Qrupdakı vəziyyət: “Zenit” - 11 xal, “Slavia Praqa” - 10 xal, “Bordo” - 7 xal, “Kopenhagen” - 5 xal.
D qrupu
“Dinamo Zaqreb” - “Anderlext” - 0:0
“Spartak Trnava” - “Fənərbağça” - 1:0
Qrupdakı vəziyyət: “Dinamo Zaqreb” - 14 xal, “Fənərbağça” - 8 xal, “Spartak Trnava” - xal, “Anderlext” - 3 xal.
E qrupu
“Arsenal” “Qarabağ” - 1:0
“Sportinq” - “Vorskla” - 3:0
Qrupdakı vəziyyət: “Arsenal” - 16 xal, “Sportinq” - 13 xal, “Vorskla” - 3 xal, “Qarabağ” - 3 xal.
G qrupu
“Vilyarreal” - “Spartak” - 2:0
“Rapid Vyana” - “Reyncers” - 1:0
Qrupdakı vəziyyət: “Vilyarreal” - 10 xal, “Rapid Vyana” - 10 xal, “Reyncers” - 6 xal, “Spartak” - 5 xal.
H qrupu
“Marsel” - “Apollon Limassol” - 1:3
“Latsio” - “Ayntraxt” - 1:2
Qrupdakı vəziyyət: “Ayntraxt” - 18 xal, “Latsio” - 9 xal, “Apollon Limasol” - 7 xal, “Marsel” - 1 xal.
I qrupu
“Beşiktaş” - “Malmö”- 0:1
“Genk” - “Sarpsborq” - 4:0
Qrupdakı vəziyyət: “Genk” - 11 xal, “Malmö” - 9 xal, “Beşiktaş” - 7 xal, “Sarpsborq” - 5 xal.
J qrupu
“Akhisar” - “Standart Liq” - 0:0
“Sevilya” - “Krasnodar” - 3:0
Qrupdakı vəziyyət: “Sevilya” - 12 xal, “Krasnodar” - 12 xal”, “Standart Liq” - 10 xal, “Akhisar” - 1 xal.
K qrupu
“Renns” - “Astana” - 2:0
“Dinamo Kiyev” - “Yablonets” - 0:1.
Qrupdakı vəziyyət: “Dinamo Kiyev” - 11 xal, “Renns” - 9 xal, “Astana” - 8 xal, “Yablonets” - 5 xal.
L qrupu
“PAOK” - “BATE Borisov” - 1:3
“Videoton” - “Çelsi” - 2:2.
Qrupdakı vəziyyət: “Çelsi” - 16 xal, “BATE Borisov” - 9 xal, “Videoton” - 7 xal, “PAOK” - 3 xal.
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 17-də atılacaq.
Turnirin 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.