UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib
Bakı, 16 avqust, Nicat Məmmədov, AZƏRTAC
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin yekunları əsasında ən yaxşı futbolçunun müəyyənləşdirilməsi üçün səsverməyə start verilib.
AZƏRTAC xəbər verir ki, siyahıya dörd futbolçunun - “Paris Sen-Jermen” klubunun hücumçusu Neymar, “Leyptsiq”in müdafiəçisi Dayot Upamekano, “Bavariya”nın forvardı Tomas Müller və “Lion”un ön xətt oyunçusu Mussa Dembelenin adları daxil edilib.
Neymar “Atalanta” ilə görüşün (2:1) ən yaxşısı seçilib. D.Upamekanonun çıxışı sayəsində komandası Madridin “Atletiko” klubu ilə qarşılaşmada qalib gələrək (2:1) yarımfinala vəsiqəni təmin edib. Tomas Müller “Bavariya”nın “Barselona”nı darmadağın etdiyi (8:2) görüşdə iki dəfə fərqlənib. Mussa Dembele isə “Mançester Siti” komandası (3:1) ilə qarşılaşmada dubl edib.
UEFA Çempionlar Liqasının yarımfinalında “Leyptsiq” - “Paris Sen-Jermen” və “Lion” - “Bavariya” görüşləri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]