UEFA Çempionlar Liqasının final həyəcanı – AZƏRTAC-ın Kiyevdən xüsusi reportajı
Kiyev, 26 may, AZƏRTAC
UEFA Çempionlar Liqasının mayın 26-da Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar Ukrayna paytaxtının mərkəzində - Xreşatik küçəsində fan-zonalar yaradılıb.
Fan-zonalarda yerli əhali və futbol azarkeşləri üçün “Real” və “Liverpul” komandalarının üzvlərinin maketləri qoyulub, əyləncə və şou proqramları üçün xüsusi yerlər yaradılıb.
AZƏRTAC oxucuları üçün fan-zonalardan hazırlanan xüsusi fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev