“Uğur” komandası Region Liqasının qalibi olub
Bakı, 23 may, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqası başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın “Uğur” və Mingəçevirin “Energetik” komandaları qarşılaşıblar.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Uğur” 2017/2018-ci il mövsümünün qalibi olub. Üçüncü yeri isə “Füzuli” komandası tutub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər.
Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev (“Şağan”) olub. “Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rəhimov (“Füzuli”) ən yaxşı qapıçısı seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]