Ukrayna "Baykar" şirkəti ilə yeni müqavilələr bağlayıb
Kiyev, 30 aprel, AZƏRTAC
Ukrayna və Türkiyənin məşhur “Bayraktar” pilotsuz təyyarələrinin istehsalçısı olan “Baykar” şirkəti arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna sənayesinin strateji sahələri üzrə naziri Aleksandr Kamışin teleqram səhifəsində məlumat yayıb.
"Türkiyədə “TEKNOFEST 2023” beynəlxalq aviasiya texnikası sərgisində bir çox görüşlərim oldu. Bu görüşlərin bir məqsədi var - Ukraynanın müdafiə sənayesini gücləndirmək yollarını tapmaq”, - deyə nazir bildirib.
Kamışin deyib ki, Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə üç yeni müqavilə bağlayıb.
“Mən sizə təfərrüatları deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir”, - deyə nazir vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]