UKRAYNA AZƏRBAYCANIN REGİONLARDA OLİMPİYA KOMPLEKSLƏRİNİN İNŞASI İLƏ BAĞLI TƏCRÜBƏSİNİ HƏYATA KEÇİRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Ukraynanın ailə, gənclər və idman naziri Yuri Pavlenko jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycanın bölgələrdə müasir tipli Olimpiya komplekslərini inşa etməsi Ukrayna üçün böyük maraq kəsb edir. “Prezident V.Yuşşenko nazirliyimiz qarşısında ölkənin hər regionunda Olimpiya komplekslərinin tikilməsini bir vəzifə kimi qoymuşdur. Biz Azərbaycanın təcrübəsini Ukraynada həyata keçirmək niyyətindəyik”.
Y.Pavlenko demişdir ki, Azərbaycanla Ukrayna arasında gənclər və idman sahəsində sıx əməkdaşlıq münasibətləri mövcuddur. “Təkcə bu il ərzində Azərbaycanla birgə idman sahəsində 20 tədbir keçirilmişdir. Bundan əlavə gənclər təşkilatları da GUAM çərçivəsində fəal əməkdaşlıq edirlər”, ukraynalı nazir qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]