Ukrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək
Kiyev, 19 noyabr, AZƏRTAC
Ukrayna Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyevdə “Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarın Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Valeri Zalujnı ilə görüşündə razılıq əldə olunub.
Görüşdə Ukrayna Silahlı Qüvvələrində pilotsuz aviasiya üzrə daimi işçi qrupun yaradılmasını müzakirə edilib.
Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinə göstərdiyi dəstəyə görə Haluk Bayraktara təşəkkürünü bildirib. Qeyd edib ki, Ukrayna Türkiyənin pilotsuz uçuş aparatlarından geniş istifadə etməkdə maraqlıdır.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev