Ukrayna hökuməti ölkədə təcridetmə tətbiq olunacağını istisna etmir
Kiyev, 25 noyabr, AZƏRTAC
Lokdaunun tətbiqinin Ukrayna iqtisadiyyatı üçün ciddi zərbə olmasına baxmayaraq, ölkədə COVID-19-a yoluxma hallarının kəskin artması halında belə qərar verilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Oleq Ustenko "Ukrayna 24" efirində açıqlayıb.
Eyni zamanda, hökumət üçün ön planda əhalinin sağlamlığı məsələsinin olduğunu və bu vəziyyətdə ölkə iqtisadiyyatının arxa plana keçdiyini də əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada virusla bağlı xoşagəlməz vəziyyət səbəbindən hökumətin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyini və karantin səbəbindən zərər çəkən müəssisələri dəstəkləmək üçün yeni vasitələr tətbiq etdiyini söyləyib.
Xatırladaq ki, Ukraynada son bir gündə 12.287 yeni yoluxma qeydə alınıb.
Bu günədək ölkədə 647.976 nəfər bu virusa yoluxub, 11.263 nəfər ölüb, 299.358 nəfər sağalıb, 348.618 nəfər aktiv xəstə olaraq qalır.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]