Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub
Kiyev, 7 sentyabr, AZƏRTAC
Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub.
AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq əsir və girovları daşıyan Ukrayna və Rusiya təyyarələri hər iki ölkənin paytaxt aeroportlarına enib.
Rusiyalı vəkil Mark Feyqin açıqlamasında bildirib ki, Ukraynadan 35 nəfər, o cümlədən Azov dənizində həbs edilən 24 hərbçi və digər 11 nəfər- Sentsov, Suşenko, Panov, Kolçenko, Klıx, Karpyuk, Qrib, Sizonoviç, Balux, Panov və Bəkirov qarşı tərəfə təhvil verilib.
Ukraynanın isə Rusiyaya 12 əsiri təhvil verdiyi qeyd edilir.
Xatırladaq ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdilər. ABŞ Dövlət Departamenti əsirlərin dəyişdirilməsi prosesini alqışlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]