UKRAYNA İLHAM ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ TƏYİN EDİLMƏSİNİ ALQIŞLAYIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, təkcə ukraynalı soydaşlarımız deyil, Ukraynanın siyasi və işgüzar dairələrinin nümayəndələri, ictimai xadimləri də Azərbaycanın Kiyevdəki səfirliyinə zəng vurur və təbrik teleqramları göndərirlər.
Bütün təbriklərin əsas mövzusu belədir ki, Azərbaycan xalqı düzgün seçim etmişdir və bu, ölkədə sabitlikdən və Prezident Heydər Əliyevin Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsinə, respublikada əlverişli sərmayə mühitinin saxlanmasına, iqtisadi islahatların davam etdirilməsinə yönəldilmiş strateji xəttinin ardıcıl surətdə davamından xəbər verir.
Diplomatlarımız İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında Milli Məclisin qərarını Ukraynanın kütləvi informasiya vasitələri üçün yaymışlar.
Səfir T.Əliyev Ukraynanın nüfuzlu “İNTER” və “ICTV” telekanallarına müsahibə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]