Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukrayna ordusu Pokrovsk və Kupyansk şəhərlərini qoruya biləcəkmi? VİDEO

Ukrayna ordusu Pokrovsk və Kupyansk şəhərlərini qoruya biləcəkmi? VİDEO

Kiyev, 3 noyabr, AZƏRTAC

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri uğrunda ağır döyüşlər davam edir. Ukrayna silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski bildirib ki, Rusiya hərbçilərinin Pokrovskdən sıxışdırılması üçün döyüşlərə Baş Kəşfiyyat İdarəsinin desant qüvvələri də cəlb edilib. Bəs, Pokrovskinin işğal olunmaması üçün Ukrayna ordusunun əks-həmlələri nə dərəcədə effektiv olacaq?

Pokrovskda küçə döyüşləri gedir

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru, hərbi ekspert Dmitri Jmailo AZƏRTAC-a açıqlamasında Rusiya hərbçilərinin Pokrovsk şəhərindən çıxarılması üçün ölkənin desant-təxribatçı qoşunlarının, yeni yaradılmış hücum bölmələrinin və xüsusi əməliyyat qüvvələrinin cəlb edildiyini bildirib. “Pokrovsk istiqamətində vəziyyət həqiqətən çox çətindir. Lakin demək olmaz ki, ruslar şəhəri ələ keçirib və ya orada möhkəmləniblər. Şəhərin ətrafında onların bir neçə yüz nəfərlik piyada qüvvəsi toplanıb. Onların əsas tapşırığı mümkün qədər dərin irəliləyib, logistika xətlərini kəsmək, desant və ya diversiya-kəşfiyyat tipli qruplar kimi hərəkət etməkdir. Bu, hazırda rusların həyata keçirdiyi taktikanın mahiyyətidir, çünki onlar başqa cür bacarmırlar. Onlar bəzən mülki şəxslərin paltarlarını geyinərək infiltrasiyaya cəhd edirlər. Yəni mövqelər boyunca qaçışma, sızma müşahidə olunur, Ukrayna ordusu şəhərin cənubundakı mövqelərini saxlayır. Hətta bu dəqiqələrdə də şəhərə həmin qrupları məhv etmək üçün ukraynalı bölmələr infiltrasiyaya gəlirlər. Xüsusilə Baş Kəşfiyyat İdarəsinin çox peşəkar bir bölməsi desant əməliyyatı həyata keçirdi. Bu, ruslar şəhərdə möhkəmləndiyi halda mümkün olmazdı. Oraya, həmçinin desant-təxribatçı qoşunlar, yeni yaradılmış hücum bölmələri və xüsusi əməliyyat qüvvələri cəlb edilir. Onların vəzifəsi belə qrupları aşkarlayıb, şəhəri təmizləməkdir”, - deyə hərbi ekspert əlavə edib.

Dmitri Jmailo vurğulayıb ki, Pokrovskda konkret bir cəbhə xətti yoxdur, iki ordu bir-birini, sadəcə, sıxışdırmağa çalışır. “Biz də onların dron heyətini “ovlayırıq”, öz dronlarımızı da səfərbər etmişik. Bizim logistika çətinlik çəkir, amma rusların vəziyyəti daha əlverişsizdir, çünki onlar möhkəmlənməyiblər. Çağırış çox böyükdür, çünki məhz Pokrovsk istiqamətində Rusiya öz işğalçı qüvvələrinin dörddə birini cəmləşdirib. Yəni biz başa düşürük ki, döyüş təması xətti təxminən 1250 kilometrə yaxınlaşır və həmin xətt üzrə qüvvələrin dörddə biri məhz Pokrovsk–Mirnoqrad istiqamətinə yönəldilib, aktiv döyüşlər davam edir. Ali hərbi-siyasi rəhbərliyimiz, o cümlədən Baş Qərargah rəisi Sırski, birbaşa əməliyyatlarda iştirak edir. Yəni hər şey edilir ki, bu vəziyyətə yol verilməsin”, - deyə ukraynalı hərbi ekspert vurğulayıb.

Rusiya Kupyansk şəhərini də ələ keçirmək istəyir

Rusiya ordusu paralel olaraq Xarkov vilayətinin Kupyansk şəhərinin ələ keçirilməsi üçün də intensiv döyüşləri davam etdirir. Artıq şəhərin şimal hissəsindən Rusiya hərbçilərinin Kupyanska daxil olduğu bildirilir. Ukraynalı ekspert Pokrovskdəki vəziyyətlə müqayisədə Kupyanskda hərbi əməliyyatların Ukraynanın xeyrinə olduğunu düşünür. “Kupyanskda vəziyyət nisbətən yaxşıdır, çünki biz rusların canlı qüvvələrini effektiv məhv edir, təchizatını çətinləşdiririk. Şəhərin şimal hissəsində də rusların sızmaları müşahidə olunur və bizim qruplar orada da təmizləmə işləri aparır. Xüsusilə 429-cu polkun dron xətti önəmli rol oynayır. Həmçinin körpülərin məhv edilməsi və dronlarımızla Pokrovska qərb tərəfdən zərbələr vurmaq imkanı mövcuddur. Şərqdə, Oskil çayının şərqində yerləşən bizim qruplaşmalar da zərbə endirirlər. Ümumilikdə oradakı vəziyyət nisbətən yaxşıdır, daha stabildir - ruslar müəyyən dərəcədə ləngiyiblər, bunun səbəbi isə Ukrayna ordusunun logistika xətlərini kəsərək onların təchizatını pozmasıdır. Vəziyyət çətindir, pisdir, amma bir il əvvələ nisbətən heç də o qədər pis deyil. O vaxt ruslar sutkada 35-45 kvadrat kilometr ərazini ələ keçirirdilər; indi bu, həmin döyüş xətti üzrə təxminən sutkada 8 kvadrat kilometrə düşüb. Beləliklə, Ukrayna mübarizəni davam etdirir: səfərbərlik tədbirləri və könüllü qoşun çağırışları davam edir. Eyni zamanda, Qərbin yardımlarına tələbatımız kəskin olaraq qalmaqdadır”, - deyə hərbi ekspert diqqətə çatdırıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, oktyabrda Rusiya Ordusunun 3 şəxsi heyəti və 3 tank batalyonu məhv edilib. Rusiya ordusu oktyabrda 31 mindən çox şəxsi heyətini itirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ukrayna ordusu Pokrovsk və Kupyansk şəhərlərini qoruya biləcəkmi? VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək