Ukrayna Prezidenti: əsirlərin dəyişdirilməsi üçün Vladimir Putinlə birgə bütün lazımi səyləri göstərdik
Kiyev, 7 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinlə birgə əsirlərin dəyişdirilməsi üçün lazım olan bütün səyləri göstərdik.
AZƏRTAC xəbər verir ki, bu fikri əsirlərin qarşılanmasında iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski “Borispol” Beynəlxalq Hava Limanında keçirdiyi brifinqdə deyib. “Putinlə birgə danışıqlarımızda verdiyimiz vədi yerinə yetirdik”, - deyə Zelenski əlavə edib.
Prezidentin sözlərinə görə, əsir və girovların dəyişdirilməsi üçün Ukrayna və Rusiyanın birgə işçi qrupu yaradılıb, müvafiq işlər həyata keçirilir. “Bütün əsir və girovların dəyişdirilməsi prosesi davam edəcək. Sonra sülhə nail olunması prosesi gedəcək”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub. Ukraynanın 35, Rusiyanın isə 33 əsir və girovu qaytarılıb.
Xatırladaq ki, Vladimir Putin və Vladimir Zelenski iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdilər. ABŞ Dövlət Departamenti əsirlərin dəyişdirilməsi prosesini alqışlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]