UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri başa çatmışdır.
Ukraynanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Heydər Əliyev adına beynəlxalq hava limanında qonağı Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
######
