Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN BƏYANATI

-Hörmətli İlham Heydər oğlu!

Hörmətli jurnalistlər!

Mən ondan başlayardım ki, bizim münasibətlər - Ukrayna ilə Azərbaycan arasında münasibətlər xüsusi xarakter daşıyır. Bunu qeyd etmək mənə xoşdur ki, son illərdə bu münasibətlər yüksələn xətt üzrə, çox dinamik inkişaf edir. İlham Heydər oğlunun bu gün qeyd etdiyi kimi, biz ticarət, investisiyalar, energetika sahələrində əməkdaşlığın əsaslarını nəzərdən keçirdik. Qeyd etmək xoşdur ki, bizim münasibətlər, xüsusən ticarət sahəsində münasibətlər çox sürətli dinamikaya malikdir. Keçən il ticarət əlaqələrimizin həcmi əvvəlki ilin müvafiq göstəricisinin üçdəbir hissəsi qədər artmışdır, yaxın bir il yarımda ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 1 milyard dollara çatdırılacaqdır. Bu cür münasibətlərin inkişafı üçün bizim yaxşı, normal qanunvericilik bazamız var.

Prezidentlər, hökumətlər səviyyəsində çox fəal dialoq aparılır. Bu, bizim münasibətlərin sabitliyinə, onların xüsusi statusuna dəlalət edir. Ən mühüm bloklar barədə danışmalı olsaq, məmnuniyyətlə qeyd etməliyəm ki, energetika kimi profil məsələlərdə bütün layihələr, o cümlədən Xəzər neftinin Ukrayna ərazisindən Avropa İttifaqına nəql edilməsi layihəsi normal inkişaf edir. Mən Odessa-Brodı-Avropa İttifaqı layihəsinin gələcək inkişafını nəzərdə tuturam. Bu gün həmin marşrut üzrə test nəqli üçün Azərbaycanın texnoloji neftinin çatdırılması barədə həm ekspertlər səviyyəsində, həm də hökumətlər səviyyəsində razılıq əldə edildi. İstehlak və satış portfelinin formalaşması üzrə iş aparılır. Bir sözlə, bu layihə texniki səviyyədə normal davam edir.

Bu gün biz regional səviyyədə təhsil və mədəniyyət sahəsində əməkdaşlıq layihələri barədə danışdıq. Bu məsələlərə dair qərarlarımızı jurnalistlərin diqqətinə çatdırmaq istərdim.

Təhsil sahəsində. Slavyan Universitetinin intensiv işi, burada Ukrayna filologiyası ixtisası üzrə 37 tələbə hazırlanması bizi çox məmnun etdi. Bu il həmin tələbələr Ukraynanın ali məktəblərində təcrübə keçəcəklər. Onların bir hissəsi, demək olar ki, yarısı təhsilini Ukraynanın ali məktəblərində davam etdirəcəkdir. Bu tələbələr təhsili başa vurduqdan sonra Azərbaycana qayıdacaq, təhsil sahəsində işləyəcəklər. Biz Ukraynada Azərbaycan məktəbi və Azərbaycanda Ukrayna məktəbi açılması barədə danışdıq. Biz nazirlərimizə və səfirlərimizə müvafiq tapşırıqlar verdik.

Mədəniyyət sahəsində. Bunu qeyd etmək mənə çox xoşdur ki, bizim bugünkü dialoqumuz nadir bir hadisə ilə - Bakıda Ukraynanın böyük oğlu Taras Qriqoryeviç Şevçenkonun abidəsinin açılışı ilə başlanır. Bu abidə ukraynalı müəlliflər kollektivinin işidir. Mən Azərbaycan tərəfinin ölkə paytaxtında bu abidənin ucaldılması üçün göstərdiyi səyə və köməyə görə İlham Heydər oğluna və Bakının hakimiyyət orqanlarına təşəkkürümü bildirmək istərdim.

Bu gün biz qərara aldıq ki, payızda Azərbaycan Prezidentinin himayəsi altında Taras Qriqoryeviç Şevçenkonun ikicildlik əsərləri nəşr ediləcəkdir. Bu gün biz daha bir layihəni - Ukraynaca-Azərbaycanca ilk lüğətin, bu qəbildən ilk məhsulun layihəsini birgə təqdim edirik.

Biz regionlar səviyyəsində mədəni münasibətlərin inkişafı barədə danışdıq. Ukraynanın regional strukturlarının rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti yayda Azərbaycana gələcəkdir. Biz payıza qədər - oktyabrda keçiriləcək zirvə toplantısına qədər bir sıra məsləhətləşmələr aparmağı və bir sıra ikitərəfli regional layihələr təqdim etməyi planlaşdırırıq. İnanıram ki, bu gün bizim ikitərəfli münasibətlərin universal inkişafı üçün bu məsələ çox vacibdir.

Biz QNS - qazın nəqli sistemi sahəsində əməkdaşlıq barədə də danışdıq. Bu gün bu istiqamətdə bütün layihələr üzrə normal iş gedir. Bir neçə gün bundan əvvəl Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti bu sahədə əməkdaşlıq barədə müvafiq protokol razılaşmalarına nail olmuşdur. Başqa sözlə desək, burada münasibətlər yaxşı inkişaf edir.

Biz cari ilin payızında Bakıda Ukrayna sənaye və kənd təsərrüfatı sərgisinin keçirilməsi barədə danışdıq. Hər iki Prezidentin fikrincə, işgüzar səviyyədə əlaqələrin əsas problemi informasiya qıtlığıdır. Buna görə də biz bu qəbildən olan müxtəlif konfranslar, görüşlər, sənaye və kənd təsərrüfatı sərgilərinin keçirilməsini prezidentlər səviyyəsində hər vasitə ilə stimullaşdıracağıq.

Cənab Prezident artıq qeyd etdi ki, beynəlxalq fəaliyyət sahəsində bizim yaxşı əməkdaşlığımız formalaşmışdır. Biz bütün incə məsələlər barəsində, o cümlədən İlham Heydər oğlunun xatırladığı məsələ barədə praktiki olaraq, sinxron mövqelərdə dururuq. Bu Birləşmiş Millətlər Təşkilatı çərçivəsində baxılan və Dağlıq Qarabağla əlaqədar məsələdir. Bu gün biz 1932-33-cü illərdə Ukraynada aclıqdan qırılanlar mövzusunu müzakirə etdik. Bu məsələdə istər beynəlxalq səviyyədə, istərsə də bizim ikitərəfli münasibətlər səviyyəsində Azərbaycan rəhbərliyinin tam dəstəyini görürük.

Bütövlükdə demək istərdim ki, bizim münasibətlər çox dinamik xarakter daşıyır. Bu münasibətlər əməkdaşlığın bütün istiqamətləri üzrə tərəqqi edir və Ukrayna nümayəndə heyəti ilə birlikdə bu gün dost Azərbaycanda olmağım mənə çox xoşdur.

Sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Ukrayna mədəniyyətinə göstərilən sayğı və hörmətə - Taras Şevçenkonun abidəsinin açılışına görə cənab Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Amma mənim sualım başqa məsələyə aiddir. Cənab Prezidentlər, sizin Kiyevdəki son görüşünüz zamanı mətbuat konfransında qeyd edilmişdir ki, iyulun əvvəlinə qədər ekspertlər Odessa-Brodı boru kəmərinə texnoloji neftin nəql edilməsi müddətlərini və həcmini müəyyən edəcəklər. Bununla əlaqədar sualım var. Cənab Yuşşenko, həmin parametrlər müəyyən edilmişdirmi və ekspert qruplarının sonrakı konkret addımları nədən ibarət olacaqdır? Cənab Əliyev, Siz Bakı sammitində hansı ciddi qərarların qəbul olunacağına ümid edirsiniz?

Viktor YUŞŞENKO: Odessa-Brodı-Avropa İttifaqı layihəsinin texniki tərkib hissəsinin reallaşdırılmasına gəldikdə, biz bunu əsas götürürük ki, beynəlxalq müştərək müəssisə bu gün yaradılıb və o, çox dinamik şəkildə işləyir. Bu layihə çərçivəsində bütün sazişlər yerinə yetirilir. Azərbaycan tərəfindən texnoloji neftin nəql olunmasının təmin edilməsi barədə Kiyev sammitində qoyulmuş məsələ bu gün həll edilmişdir. Bütün boru kəməri xətti üzrə operator funksiyalarının “Sarmatiya” birgə müəssisəsinə verilməsi məsələsinə gəldikdə isə, bu gün xidmətlərin həmin növü üzərində dövlət inhisarına malik olan bütün ölkələr səviyyəsində bu məsələyə baxılır. Mənim fikirimcə, bu texniki məsələ də yaxın vaxtlarda həll ediləcəkdir, çünki siyasi səviyyədə heç bir etiraz yoxdur. Yalnız formal üsulla həll edilməli olan bəzi formal məsələlər var.

İlk nəqlə gəldikdə, mənim fikirimcə, bu gün bu məsələ final mərhələsindədir. Birinci vəzifə texnoloji neftin çatdırılması, istehlakçılar portfelinin və təchizat portfelinin formalaşdırılmasıdır. Artıq qeyd etdiyim kimi, bu layihədə hər iki tərəf, o cümlədən müştərək müəssisə də əvvəlki görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində fəaliyyət göstərir. Layihənin reallaşması normal davam edir. Detallara gəldikdə isə, mənim fikrimcə, bu məsələni “Sarmatiya” birgə müəssisəsi şərh etməlidir. Burada dövlətlər səviyyəsində heç bir problem yoxdur.

İlham ƏLİYEV: Biz bu layihənin reallaşdırılması çərçivəsində fəal əməkdaşlıq edirik və bildiyiniz kimi, son vaxtlarda bu sahədə böyük irəliləyiş olmuşdur. Nisbətən qısa müddətdə çox iş görülmüşdür və bu gün həmin layihənin tamdəyərli texniki-iqtisadi əsaslandırılması hazırlanır. Əminəm ki, bu sənəd çox əhatəli olacaq və layihənin həyata keçirilməsinə başlamağımıza imkan verəcəkdir.

İlk sınaq neftinin nəql edilməsinə gəldikdə, bu məsələ lap yaxın vaxtlarda gerçəkləşə bilər. Bunun üçün müəyyən işlər aparılmalıdır. Ümumiyyətlə, Azərbaycanın neft potensialı nefti müxtəlif istiqamətlərdə nəql etməyə imkan verir. Mənim fikrimcə, biz bu layihəni praktikada testləşdirmək üçün yaxın vaxtlarda neftin sınaq nəqlinə başlayacağıq. Əlbəttə, texniki-iqtisadi əsaslandırma bu layihənin kommersiya baxımından cəlbediciliyi barədə tam təsəvvür əldə etməyə imkan verəcəkdir. Lakin mən əminəm ki, texniki sınaqlar, yəni neftin praktiki nəql edilməsi daha tam mənzərə yaradacaqdır. Biz buna hazırıq və buna çalışırıq. Fikrimcə, yaxın vaxtlarda, bütün texniki məsələlər, xüsusən Xəzər neftinin Qara dəniz limanlarına çatdırılması yolları barədə razılıq əldə ediləndən sonra biz ilk addımlar atmağa başlayacağıq.

SUAL: Mənim sualım hər iki prezidentədir. Sizin fikrinizcə, Azərbaycan-Ukrayna münasibətləri regional əməkdaşlığın inkişaf etdirilməsi işinə nə kimi töhfə verir?

Viktor YUŞŞENKO: Biz belə hesab edirik ki, bu, bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissələrindən biridir. Biz qonşu ölkələr deyilik. Buna görə də, regionda iqtisadi, işgüzar, siyasi münasibətlərimizin necə formalaşması çox vacibdir. Bizim ikitərəfli münasibətlərimizin xeyli hissəsi də bundan asılıdır, ona görə də biz bu baxımdan fəal birgə və regional siyasət yeridirik. Artıq qeyd etdiyim kimi, biz bütün əsas məsələlərdə iqtisadi, siyasi və təhlükəsizlik siyasəti məsələlərində, bir qayda olaraq, ümumi mövqelərdən çıxış edirik.

İlk növbədə onu qeyd etmək istərdim ki, GUAM çərçivəsində bir neçə iqtisadi, o cümlədən enerji və tranzit layihələri həyata keçirilir. “Vikinq” layihəsinin inkişafından danışırıq. Bu layihə xalis regional xarakter daşıyır. Hazırda həmin layihənin genişləndirilməsi, neftin nəql edilməsinə və onun Baltik dənizindən Qara dənizə və Xəzər dənizinə çatdırılmasına nəzarət edəcək rəsmi hüquqi şəxsin yaradılması məsələsinə baxılır. Bu mənada Azərbaycan əsas iştirakçılardan biridir. Tranzitin bu hissəsini inkişaf etdirmək üçün Moldovaya və Gürcüstana da müvafiq təkliflər göndərilmişdir.

Enerji layihələrindən danışırıqsa, Avrasiya neft nəqli dəhlizinin təşkili barədə suala cənab Prezidentin necə cavab verməsinin şahidi oldunuz, biz bu məsələnin yekun mərhələsindəyik. Bu layihənin texniki-iqtisadi əsaslandırılması haqqında məruzənin birinci hissəsi may ayında təqdim edilmişdir. Oktyabr ayında Bakıda keçiriləcək 4-cü enerji sammiti zamanı neft kəmərinin bütün marşrutu üzrə bu layihənin texniki-iqtisadi əsaslandırılmasına dair tam hesabat təqdim ediləcəkdir. Həmin sənədin müsbət olacağına şübhə yoxdur, çünki may ayında təqdim edilmiş məruzə də bütünlüklə bu layihənin iqtisadi baxımdan yüksək səviyyədə olmasını əsaslandıran müsbət məqamlardan ibarət idi. Həmin layihə çərçivəsində bir sıra mühüm məsələlər, o cümlədən Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və bir sıra digər tərəfdaş ölkələrin ərazisində müştərək tarif və tranzit siyasəti məsələləri həll edilir.

Mənim fikirimcə, təhlükəsizlik siyasəti regional siyasətin çox mühüm elementidir. Biz GUAM iştirakçısı olan ölkələrin milli təhlükəsizliyi ilə bağlı məsələləri müntəzəm olaraq GUAM-ın gündəliyinə daxil edirik. Bu məsələ ilə əlaqədar GUAM ölkələrində mövcud gərginlik nöqtələrinə biz çox həssaslıqla yanaşırıq. Dağlıq Qarabağ barədə məsələnin müsbət həllini Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Ukraynanın necə dəstəkləməsinin şahidi olduq. Bu, onu göstərir ki, həm Ukrayna, həm də Azərbaycan bu və ya digər aktual məsələlərin - təhlükəsizlik siyasəti, bizim ticarət və iqtisadi münasibətlərimiz, tranzit sahəsində əməkdaşlıq məsələlərinin həllinə sabit münasibət bəsləyir, bu sahədə onların baxışları formalaşmışdır.

Biz onu əsas götürürük ki, regional komponent bizim ikitərəfli münasibətlərimizin ən həssas komponentlərindən biridir və buna görə də biz həmin komponentin inkişafına çox diqqətlə yanaşırıq.

İlham ƏLİYEV: Regional əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm amilidir və biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz əməli addımlar atmaqla regional əməkdaşlığı yeni formalarla zənginləşdiririk. Xəzər dənizi - Qara dəniz əməkdaşlığının çox səmərəli və möhkəm formatı artıq yaranmışdır. Bu baxımdan, Odessa-Brodı-Avropa İttifaqı boru kəmərinə dair təşəbbüslər regional əməkdaşlığın tərkib hissəsidir. Biz ümid edrik ki, regional əməkdaşlığın mühüm amili olan energetika iqtisadiyyatın yeni sektorlarının bu sahəyə cəlb edilməsinə şərait yaradacaqdır.

Bu gün biz nəqliyyat, kommunikasiya layihələrinə ciddi əhəmiyyət veririk və bu istiqamətdə çox yaxşı təməl yaradılmışdır. Əminəm ki, burada, Qafqazda və Ukraynada həyata keçirilən təşəbbüslər nəqliyyat tərkib hissəsinin regional formatda daha mühüm rol oynamasına kömək edəcəkdir. Əlbəttə, gələcəkdə regional əməkdaşlıq ölkələrimizin mövqelərindən asılı olacaqdır. Çünki bizim irəli sürdüyümüz təşəbbüslər əməkdaşlığın möhkəmlənməsinə yönəlmişdir. Biz öz münasibətlərimizin regional amilinə ölkələri bir-birinə yaxınlaşdıracaq, Qafqazda sülhün bərqərar olmasına, təhlükəsizliyə, əlverişli investisiya mühiti yaradılmasına, qarşılıqlı ticarətin inkişafına, yəni ölkələri və xalqları yaxınlaşdıran nə varsa hamısına kömək edəcək amil kimi baxırıq. Biz regional əməkdaşlığın möhkəmləndirilməsini çox ciddi məqsəd kimi qarşıya qoymuşuq.

Kiyevdə keçirilən enerji sammiti iştirakçılarının tərkibi artıq onu göstərir ki, bizim regional əməkdaşlıq Xəzər və Qara dəniz hüdudlarından kənara çıxır, bu əməkdaşlığa Baltiya ölkələri də qoşulur. Bütün bunlar regionda əməkdaşlığın yeni elementləridir. Bütün bunlar ölkələrimizin uğurla inkişaf etməsi üçün çox yaxşı ilkin zəmin yaradır. Biz gələcəkdə də bu istiqamətdə fəal iş aparacağıq. Biz səmərəli, konstruktiv işləyəcəyik ki, təhlükəsizlik sistemi möhkəmlənsin və bizim iqtisadi potensialımızın tamdəyərli reallaşması üçün yeni imkanlar yaradılsın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq