Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN ÇIXIŞI

-Əziz İlham Heydər oğlu!

Əziz Ukrayna icması!

Mən həqiqətən düşünürəm, Ukraynadan bir neçə min kilometr uzaqda olduğum halda Ukrayna icması ilə görüşmək və bu meydanda Taras Qriqoryeviç Şevçenkonun bəlkə də ən yaxşı əsərlərindən birini - “Mənim düşüncələrim”i oxumaq imkanına malik olmaq necə də gözəldir. Bu gün bizi qeyri-adi və təkcə Ukrayna milləti üçün deyil, inanıram ki, hər iki xalq üçün böyük əhəmiyyət kəsb edən çox gözəl bir hadisə birləşdirir. Bu gün biz millətimizin peyğəmbəri sayılan Taras Qriqoryeviç Şevçenkonun xatirəsinə hörmət və ehtiramımızı bildiririk. Bütün dünyada bu insanın şərəfinə hamıdan çox abidə ucaldılmışdır. Dünyada Taras Qriqoryeviç Şevçenkonun onlarca heykəli var və bu gün biz burada, Bakıda onun daha bir abidəsinin açılışının şahidi olmaq imkanına malikik.

Bizi bu meydana gətirən nədir? Nə üçün biz bu gün Taras Qriqoryeviç Şevçenkonun şəxsiyyətinə bu dərəcədə qayğı ilə yanaşırıq? Mən əminəm ki, 200 il bundan əvvəl - nə müstəqil Azərbaycanın, nə də müstəqil Ukraynanın mövcud olmadığı dövrdə, bizim əcdadlarımız müstəqillik arzusu ilə yaşadığı vaxtlarda onların gələcək müstəqilliyi qorumaq və onu dərk etmək üçün bəlkə də ən güclü seçimlərindən biri məhz söz olmuşdur. 200 il bundan əvvəl müstəqil Ukrayna və ya müstəqil Azərbaycan məsələsi yox idi. Lakin 10 ildən, 100 ildən, yaxud 200 ildən sonra bizi bir millət kimi tanıdan dəyərləri necə qoruyub saxlamaq məsələsi gündəmdə idi. Taras Qriqoryeviç yazırdı: “Bizim düşüncələrimiz, bizim mahnımız ölməyəcək, məhv olmayacaq. Ey insanlar, bizim şöhrətimiz, Ukraynanın şöhrəti bunlardır”. Şair 200 il və ya 150 il bundan əvvəl göstərirdi ki, Ukrayna milləti məhz Ukrayna sözünün, Ukrayna ənənələrinin, Ukrayna incəsənətinin, Ukrayna mənəviyyatının vasitəsilə dirçələcəkdir. Əminəm ki, bu, 150-200 il bundan əvvəl hər bir insanın suveren Ukrayna üçün verə biləcəyi ən böyük töhfədir.

Biz Taras Qriqoryeviç Şevçenko haqqında təkcə milli böyüklük və milli mənsubiyyət kontekstində danışmırıq. Əminəm, Şevçenkonun qüdrəti ondadır ki, o, hər bir millət üçün vacib olan dəyərləri bu dünyaya bəxş etmiş və tərənnüm etmişdir. Mən əminəm, burada iştirak edənlərin hər birindən Şevçenkonun ondan ötrü kim olmasını soruşsaq, biri onu yüksək səviyyəli sənətkar, bir başqası öz dövrünün ən yaxşı nəqqaşı adlandıracaqdır. Çünki o, Sankt-Peterburq Rəssamlıq Akademiyasının fərqlənmə diplomunu almışdır. Burada iştirak edənlərdən kimsə deyə bilər ki, Şevçenko öz millətinin iradəsini və azadlığını hamıdan yaxşı tərənnüm edirdi, bir başqası deyər ki, o, əla şair olmuşdur. Biri də deyər ki, o, öz dövrünün böyük filosofu idi. Bu adamların hamısı haqlı olar. Ona görə ki, Şevçenkonun şəxsiyyətində bu cavabların hər biri, dediklərimin hamısı təcəssümünü tapmışdı. Əminəm ki, Taras Qriqoryeviç Şevçenkonun obrazında biz bütün bəşəriyyətə xidmət etmiş bir dahi görürük. Ona görə də bugünkü hadisə, heç şübhəsiz, İlham Heydər oğlunun Ukrayna millətinə böyük ehtiramının ifadəsidir. Bu, Ukrayna və Azərbaycan xalqları arasında ikitərəfli münasibətlərə böyük hörmətin təzahürüdür. Bu, bizim hansı milləti təmsil etməyimizdən asılı olmayaraq, bizi bir-birimizə yaxınlaşdıran dəyərlərə töhfədir.

Bu gün biz elə böyük bir insan haqqında danışırıq ki, onun bəxş etdiyi və tərənnüm etdiyi dəyərlərlə təkcə Ukrayna milləti yaşamır. Buna görə də mən fürsətdən istifadə edib bir il bundan əvvəl bu layihənin həyata keçirilməsi barədə razılığa gəldiyimizə görə İlham Heydər oğluna təşəkkürümü bildirmək istərdim. On iki ay keçdi və biz bütün məsələləri həll etdik. Əminəm ki, bu gün bu möhtəşəm prospektdə ucalan bu abidə həm müstəqil Ukraynanı, həm də müstəqil Azərbaycanı tərənnüm edir. Mən Bakı şəhərinin rəhbərliyinə, heykəltəraşa və layihə müəlliflərinə, bugünkü hadisəyə aidiyyəti olan insanların hamısına təşəkkür etmək istərdim. İşiniz uğurlu olsun. Mən bu gün əllərində Ukraynanın dövlət bayraqları tutub, bu meydanda dayanan insanların hamısına Ukrayna milləti adından, Ukrayna xalqı adından dərin təşəkkürümü bildirirəm. Ukrayna icmasını burada görmək mənim üçün böyük şərəfdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko abidənin üzərindəki örtüyü götürdülər. Dövlət başçıları Taras Şevçenkonun abidəsi önünə əklillər qoydular.

Prezident İlham Əliyev və Prezident Viktor Yuşşenko abidənin müəllifi, Ukraynanın tanınmış heykəltəraşı İqor Qreçanikə bu gözəl işinə görə təşəkkür etdilər.

Dövlət başçıları Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edən Ukrayna diasporunun çoxsaylı nümayəndələri ilə səmimi söhbət etdilər. Ukrayna icmasının üzvləri Azərbaycanda yüksək tolerantlıq şəraitinin hökm sürdüyünü vurğuladılar, onların öz doğma mədəniyyətinə yiyələnməsi, milli özünəməxsusluğu qoruyub saxlaması üçün yaradılmış şəraitə görə ölkəmizin rəhbərliyinə təşəkkür etdilər.

Ukraynanın dövlət strukturlarında məsul vəzifələr tutan, Bakıya məxsusi olaraq iki qardaş xalqın tarixində bu əlamətdar hadisədə iştirak etmək üçün gəlmiş azərbaycanlılar da Prezident İlham Əliyevi və Prezident Viktor Yuşşenkonu salamladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq