UKRAYNA VƏ TÜRKMƏNİSTAN PREZİDENTLƏRİ İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın Kiyevdəki müxbiri Ukrayna dövləti başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukrayna və Türkmənistan prezidentləri Leonid Kuçma və Saparmurad Niyazov telefon danışığı zamanı ikitərəfli münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
L.Kuçma və S.Niyazov cari ilin sentyabrında Türkmənistanda görüşmək barədə razılığa gəlmişlər.