UKRAYNADA AZƏRBAYCAN DİLİNİ ÖYRƏNMƏK İSTƏYƏNLƏR ÜÇÜN
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 7-də T.Q.Şevçenko adına Kiyev Milli Universiteti Filologiya İnstitutunun Azərbaycan bölməsində “açıq qapı günü” keçiriləcəkdir. İnstitutun professor-müəllim heyəti hazırlıq bölməsinin dinləyiciləri, abituriyentlərlə, onların valideynləri ilə görüşəcəkdir.
Azərbaycanın Ukraynadakı səfirliyi ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə məlumatları və fotomaterialları, azərbaycanşünas tələbələrin Bakıda yarımillik nitq praktikasında olduğu dövrdə çəkilmiş fotoşəkilləri bölməyə təqdim etmişdir.