Ukraynada “Bayraktar” və “Javelin” silahlarından istifadə edilməklə taktiki hərbi təlimlər keçirilib
Kiyev, 27 noyabr, AZƏRTAC
Ukraynanın Nikolayev vilayətindəki “Şirokiy lan” poliqonunda taktiki hərbi təlimlər keçirilib.
AZƏRTAC “Armiyaİnform” saytına istinadla xəbər verir ki, təlimlərdə “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatlarından və “Javelin” tank əleyhinə raket komplekslərindən istifadə edilib.
Batalyon taktiki qruplarının hərbi qulluqçuları kiçik taktik qrupların hərəkətlərini, urbanizə edilmiş ərazidə hücum zamanı döyüş atışını, cəmlənmiş raket-aviasiya zərbələri endirilməsini və başqa taktiki elementləri nümayiş etdiriblər. Yüksək dəqiqlikli silahların, radioelektron mübarizə vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və başqa müasir silahların kompleks şəkildə tətbiqinə xüsusi diqqət yetirilib.
Təlimlərdə düşmən hədəflərinin məhv edilməsi üçün kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatlarından fəal istifadə edilib. “Bayraktar TB2” tipli pilotsuz uçuş aparatlarının praktiki olaraq hədəflərə zərbələr endirmədən tapşırığı yerinə yetirmək qabiliyyəti yoxlanılıb.
“Javelin” və “Stuqna” tipli tank əleyhinə raket komplekslərinin döyüş heyətləri döyüşdə effektiv imkanlarını nümayiş etdiriblər.
Emil Hüseynli
AZƏRTACIN xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]