Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynada çıxan nüfuzlu “Den” qəzetində Azərbaycan haqqında “Araz Əzimov: Ukrayna Azərbaycanın dostu və tərəfdaşıdır. Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsi problemi Cənubi Qafqazın ağrılı yeridir” sərlövhəli material dərc edilmişdir

Kiyev, 13 oktyabr (AZƏRTAC). Ümumukrayna miqyaslı nüfuzlu gündəlik “Den” qəzeti bu gün (№ 184, 13 oktyabr 2011) Azərbaycana həsr edilmiş “Araz Əzimov: Ukrayna Azərbaycanın dostu və tərəfdaşıdır. Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsi problemi Cənubi Qafqazın ağrılı yeridir” sərlövhəli məqalə dərc etmişdir.

Ukrayna qəzetinin xüsusi müxbiri Yuri Rayxel Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ərəfəsində Azərbaycanın xarici işlər nazirinin müavini, Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Araz Əzimovdan eksklüziv müsahibə almışdır.

Materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyət, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırda ərazisinin 20 faizinin işğal altında olan Azərbaycanın ərazi bütövlüyünün danışıqsız tanınmasını nəzərdə tutan beynəlxalq hüquq prinsipləri əsasında tənzimlənməsi məsələsi obyektiv təhlil edilir.

Araz Əzimov vurğulayır: “Biz münaqişənin tənzimlənməsi üçün bundan sonra da siyasi səy göstərməyə hazırıq. Lakin bu halda Minsk qrupu çərçivəsində həyata keçirilmiş, son vaxtlar Rusiya Prezidenti Dmitri Medvedevin fəal iştirakı ilə həyata keçirilməkdə davam edən danışıqlar prosesinin səmərəsinin olmaması məsələsi qarşıya çıxır”.

Azərbaycanlı diplomat vurğulayır: “Təəssüf ki, Kazanda nəticə əldə edilmədi və bundan sonra müəyyən pauza təsəvvürü yarandı. Buna baxmayaraq cari ilin avqust ayında Soçidə prezidentlər Əliyev və Medvedevin görüşü oldu və biz ümid edirik ki, Rusiya bu görüşün yekunlarına əsasən öz fəaliyyətini təshih edəcək və Minsk qrupunun digər iki həmsədri ilə birlikdə prosesi fəallaşdırmağa çalışacaqdır”.

Müsahibədə Araz Əzimovun aşağıdakı sözləri də sitat gətirilir: “...Biz Ermənistan prezidentindən getdikcə daha aşkar təhrikçilik təsiri bağışlayan davakar xarakterli bəyanatlar eşidirik. Onun Nyu-Yorka son səfəri zamanı Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruri olması barədə bəyanatını nəzərdə tuturam. Biz həm də Ermənistanın silah, özü də hücum silahı almaq üçün inadkar cəhdləri ilə üzləşirik”.

Qəzetin xüsusi müxbiri Y.Rayxelin “Beynəlxalq miqyasda tanınmış vasitəçilər var. Onların səyləri hələlik hər hansı konkret nəticəyə gətirib çıxarmamışdır. Azərbaycan danışıqların formatını dəyişməyi zəruri hesab etmirmi (axı belə təkliflər səslənmişdir) və münaqişədən çıxış yolları tapmaq üçün başda məkanlar axtarmaq istəmirmi?” sualına A.Əzimov belə cavab vermişdir: “Əgər hər hansı başqa münaqişə barədə söhbət getsəydi, belə bir imkanı müzakirə etmək olardı. İndiki halda isə 1975-ci il Helsinki aktı əsasında fəaliyyət göstərən ATƏT-in Minsk qrupu vardır. ABŞ, Fransa və Rusiya Minsk qrupunun üzvləridir və onlara həmsədr vəzifələri həvalə edilmişdir. Digər tərəfdən, bu ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. İstər Minsk qrupu olsun, istər Təhlükəsizlik Şurası - mən onların arasında ciddi fərq görmürəm. Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesinin hamılıqla tanınmış forumudur. Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri işğal edilmiş ərazilərin azad olunmasına, qaçqınların qayıtmasına və bir sıra başqa tədbirlərin həyata keçirilməsinə yönəlmişdir. Buna görə də hesab edirik ki, problemlər Minsk qrupu çərçivəsində müzakirə olunmalı və həll edilməlidir. Bu baxımdan, Azərbaycan həmin qətnamələrin yerinə yetirilməsinin tərəfdarıdır, onlar bütöv və tam halda qəbul edilməlidir. Təbii ki, biz Minsk qrupunun formatını dəyişmək fikrində deyilik. Bu qrup çevikliyi təmin edir. İştirakçı dövlətlərin indiki statusunu nəzərə alsaq, həmin qrupda Dağlıq Qarabağ regionunun əhalisinin - həm erməni, həm azərbaycanlı əhalinin nümayəndələrinin iştirakı mümkündür. Bax bu məqam Minsk qrupunun formatında hələlik nəzərə alınmır. Yerevanda möhtəkirlik edirlər ki, guya biz Qarabağ erməniləri ilə əlaqələrdən çəkinirik. Biz belə əlaqələrdən çəkinmirik, lakin bu yalnız o halda olacaqdır ki, danışıqlar prosesi bilavasitə Dağlıq Qarabağ ermənilərinə və azərbaycanlılarına aid mövzulara gəlib çatsın. Onda Minsk qrupu çərçivəsində bu cür format təmin ediləcəkdir”.

Müsahibədə Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı faydalı sıx dostluq münasibətləri vurğulanır.

A.Əzimov demişdir: “Ukrayna Azərbaycanın dostu və tərəfdaşıdır. Bu iki xalq ikitərəfli və regional baxımdan çoxdan dostluq edir. Son 20 ildə biz yaxın strateji tərəfdaşlar kimi, iki müstəqil dövlət kimi qarşılıqlı fəaliyyətdəyik. Biz həm də GUAM regional təşkilatının üzvləriyik. Azərbaycan kimi, Ukrayna da ATƏT-in üzvüdür. Buna görə də tərəfdaşlıq və əməkdaşlıq mənafelərini nəzərə alaraq, Ukraynanın bu problemin tezliklə tənzimlənməsində maraqlı olması üçün bütün nöqteyi-nəzərlərdən hər cür əsas vardır”.

Jurnalist məlum münaqişənin tənzimlənməsində Ukraynanın rolu barədə sual vermişdir. Azərbaycan xarici siyasət idarəsinin rəhbərinin müavini bu sualın cavabında demişdir: “Biz bilirik ki, Ukrayna bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəkləyir. Vaxtilə Ukrayna bizim ölkəyə təminat verirdi ki, ATƏT-in çoxmillətli qüvvələri tərəfindən sülhyaratma əməliyyatı keçiriləcəyi təqdirdə Ukrayna həmin əməliyyatda iştirak etməyə hazırdır.

Bundan əlavə, Ukraynanın bu münaqişənin həllində və Avropadakı digər münaqişələrin tənzimlənməsinin daha dəqiq perspektivlərində marağı olması üçün hər cür əsas vardır. Onun yaxın gələcəkdə ATƏT-də sədrlik etməsi də az rol oynamır. Bu işdə Ukraynaya hər cür uğurlar diləmək istərdik”...

Ukrayna, rus və ingilis dillərində çıxan “Den” qəzetinin müsahibəsinin elektron versiyası ilə aşağıdakı saytda tanış ola bilərsiniz: http://www.day.kiev.ua.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş mühəndis: Əyriçay su anbarının su tutarlılığını iki dəfə artırmaq mümkün olacaq

Nazir: Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

Ceyhun Bayramov: Azərbaycan postmünaqişə strategiyasının bir hissəsi olaraq multimodal bağlantını ardıcıl təşviq edir

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

İqor Sergeyenko: WUF13 yüksək səviyyədə təşkil edilib

Ceyhun Bayramov: Azərbaycanın yenidənqurma layihələri Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirir

Bakıdan dünyaya verilən mesaj: Tarixlə birlikdə gələcəyə addımlayan Azərbaycan

Anar Quliyev: Azərbaycan regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir

Rafael Tuts: WUF13-də qurulan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq

Milli Məclisin sədri: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir müavini: Şəhərsalma fəaliyyətinin hər bir mərhələsində onun ətraf mühitə təsiri izlənilir

Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb

Sahibə Qafarova: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir: Azərbaycan-Ermənistan normallaşma prosesi regional əməkdaşlıq üçün möhkəm zəmin yaradır

Ölkə üzrə may ayının pensiyaları sabah tam ödəniləcək

Anaklaudia Rossbax: Mənzil böhranına təcili şəkildə reaksiya verməliyik

WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin pavilyonunun açılışı olub

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

BMT hesabatı: Gələcəkdə şəhər əhalisi üzrə artımın yarısı yalnız yeddi ölkədə cəmləşəcək

WUF13 çərçivəsində “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” adlı tədbir keçirilib

BMT hesabatı: Cakarta əhali sayına görə dünyanın ən böyük şəhəridir

“BMT-Habitat-Qlobal-NDC 3.0: İqlim öhdəliklərini təmin etmək üçün şəhər qanunu və çoxsəviyyəli idarəetmə” - WUF13-də müzakirələr

Nazir: Azərbaycanın azad edilmiş əraziləri insan mərkəzli şəhərsalma prinsipləri əsasında qurulur

Xarici işlər naziri: Azərbaycan regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi marağını nümayiş etdirib

Ceyhun Bayramov: Azərbaycanın postmünaqişə strategiyası daha firavan gələcəyin qurulmasına xidmət edir

Maykl Oram: Yaşıl enerji müasir şəhərlərin inkişafında mühüm amillərdən biridir

WUF13-də Qarabağda bərpa-quruculuq işlərinin aparılmasında Azərbaycanın uğurları qeyd olunub

Prezidentin köməkçisi: Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur

WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

WUF13: “Tərəqqinin təməli: Etibarlı mənzil iqtisadi artımın və sosial inteqrasiyanın katalizatorudur” mövzusunda panel müzakirələri

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Anaklaudia Rossbax: 2,8 milyard insanın təhlükəsiz və adekvat mənzilə çıxışı yoxdur

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

Xəyyam Məmmədov: Dağ çaylarının sularını toplamaq məqsədilə nəzərdə tutulmuş su anbarları üzərində işlər davam edir

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir

İtaliyalı professor: Qadınlar şəhərlərin gələcəyi üçün böyük ümid mənbəyidir

Elşad İskəndərov: İqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr maliyyə baxımından da həssas dövlətlərdir

Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri - Əhməd bəy Ağaoğlu

Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

Almaniya hökuməti “Uniper” enerji şirkətinin yenidən özəlləşdirilməsi prosesinə başlayır

Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb

Nazir müavini: Azərbaycanda milli monitorinq sistemlərinin 73 faizi avtomatlaşdırılıb

UN-Habitat-ın icraçı direktoru: Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya başlayıb

Ramin Məmmədov: Dini radikalizm milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrilib

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb

Qax rayonunda turizm obyektlərinin ətraf mühitə təsiri araşdırılıb

WUF13 çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı yeni tərəfdaşlıq təqdim olunub

Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir

Slovakiya ilə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib

“Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb

WUF13: Bakı qlobal şəhərsalma platforması kimi dünya mediasında geniş işıqlandırılır

Nazir müavini: Erkən xəbərdarlıqlar insan itkilərini və infrastruktura dəyən zərərləri əhəmiyyətli dərəcədə azalda bilər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Elçin Yusubov: İşğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı tamamilə məhv edilib

Botanika İnstitutu doktoranturaya qəbul elan edir

Hindistanlı professor: Bakının inkişaf təcrübəsi dünya üçün nümunədir

“Nobu Consulting” şirkətinin təsisçisi: Şəhərsalma sosial ədalət prinsipinə əsaslanmalıdır

Umayra Tağıyeva: Dünya üçqat planetar böhranla — iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə ilə üz-üzədir

Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə türk-Çin mədəni əlaqələrindən bəhs edib

Elçin Yusubov: 2023-cü ildən bəri Xankəndi, Xocalı və Ağdərədə 76 minə yaxın mina və partlamamış hərbi sursat aşkarlanıb

Anaklaudia Rossbax: Gələcəyin şəhərləri üçün innovativ yanaşmalar vacibdir

Hüquq məsləhətçisi: Müstəmləkəçilik dövründə formalaşmış şəhərsalma bərabərsizliyi bu gün də yaşayış şəraitinə təsir göstərir

Ədəbiyyat Muzeyində utopiya və distopiya mövzusunda elmi seminar

Şirkət direktoru: Mayot, Yeni Kaledoniya, Qvadelupa və Martinika kimi ərazilərdə mənzil qıtlığı ilə bağlı vəziyyət xüsusi narahatlıq doğurur

Mərakeşli nümayəndə: Şəhərsalma yalnız iqtisadi inkişaf deyil, həm də sosial ədalət məsələsidir

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur

Sabah hava əsasən yağmursuz olacaq

Belarus mediası: WUF13 şəhərsalma probleminin həlli üçün açıq və yüksəksəviyyəli platforma təqdim edir

Diplomat necə danışmalıdır? – BDU-da yeni layihə

Bouinzal Nohaila: Müstəmləkəçilik dövründə şəhərlərin ən yaxşı əraziləri elitaların nəzarətində olub

Keniyalı nümayəndə: WUF13 mühüm nəticələr verəcək və pozitiv dəyişikliklərə töhfə olacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Muthoni Brian Ngigi: WUF13 qlobal mənzil problemlərinin müzakirəsi üçün mühüm platformadır

BMT İnkişaf Proqramının məsləhətçisi: Müstəmləkəçilik heç vaxt yalnız siyasi nəzarətdən ibarət olmayıb

Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərədə, ümumilikdə, 32 minə yaxın şəxs məskunlaşıb

İstanbul “Dünya konqres şəhərləri reytinqi”nə görə son on ilin ən yaxşı nəticəsini əldə edib

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır VİDEO

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır VİDEO

WUF13-də münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti müzakirə olunur

FHN Akademiyasında görüş: kursantlar sularda təhlükəsizlik tədbirləri barədə maarifləndirilib

Doktorant: Mənzilə, suya və elektrik enerjisinə çıxış imtiyaz deyil, fundamental hüquqlardır

Davam edən müstəmləkəçilik strukturu Boneyrdə yerli əhalinin sıxışdırılmasına səbəb olur

"Mançester Siti"də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyir

WUF13 çərçivəsində ərəb ölkələrində şəhərlərin təbiətlə ahəngdə dayanıqlı inkişafı məsələləri müzakirə olunub

Böyük Britaniyada işsizliyin səviyyəsi gözlənilmədən artıb

Kamerundan olan tədqiqatçı: Tikintidə iqlimə az təsir edən üsullara üstünlük verilməlidir VİDEO

Kamerundan olan tədqiqatçı: Tikintidə iqlimə az təsir edən üsullara üstünlük verilməlidir VİDEO