Ukraynada koronavirusa tutulan xəstələrin sayı ilə bağlı antirekord qeydə alınıb
Kiyev, 23 aprel, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa tutulan xəstələrin sayı ilə bağlı antirekord qeydə alınıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə 578 nəfər koronavirusa yoluxub. Bu koronavirusun yayılmasından bəri Ukraynada qeydə alınan ən yüksək göstəricidir. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 7170 nəfərə çatıb. Məlumata görə, yoluxma hallarının artmasına səbəb Pasxa bayramında karantin qaydalarının kütləvi şəkildə pozulması olub.
Ukraynada son sutkada 13 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 187 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 504 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]