Ukraynada koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb
Kiyev, 21 avqust, AZƏRTAC
Ukraynada koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutka ərzində 2106 nəfər koronavirusa yoluxub, 23 nəfər isə dünyasını dəyişib.
Ən çox yoluxma Kiyev, Xarkov, İvano-Frankovsk, Çerniqov və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 100 min 643 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 2207 nəfərdir, 51 min 78 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]