Ukraynada Türkiyə Respublikasının yaradılmasının 100 illiyi münasibətilə bilbordlar quraşdırılıb
Kiyev, 29 oktyabr, AZƏRTAC
Ukraynanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Kiyevdə Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə bilbordlar quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bilbordlarda “Türkiyə 100”, Ukrayna dilində “Türkiyənin yaranmasının 100 illiyini təbrik edirik!” şüarları yazılıb.
Bilbordlar bir neçə gün nümayiş etdiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev