Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədliyini irəli sürəcək
Kiyev, 12 oktyabr, AZƏRTAC
Rəsmi olaraq Ukraynada seçki kampaniyası hələ başlamayıb. Ancaq deyə bilərəm ki, Ukraynada keçiriləcək prezident seçkisində namizədliyimi irəli sürməyi planlaşdırıram.
Bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov deyib.
Onun sözlərinə görə, Ukrayna geniş imkanları olan ölkədir. Bu imkanlardan səmərəli istifadə etmək lazimdir.
“Bizim komandamızda yorulmadan işləmək arzusu olan enerjili, prinsipial, peşəkar siyasətçilər var. Komandamız və mən Ukraynanın uğuru üçün bütün biliyimizi, təcrübə və imkanlarımızı tətbiq etməyə hazırıq”,- deyə R.Nəsirov əlavə edib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin martın 31-də keçirilməsi nəzərdə tutulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]